“ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək" M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvada səfərdədir.

“ABŞ və Türkiyə hərbçiləri bölgənin təhlükəsizliyini birgə təmin edəcək" M.Çavuşoğlu

Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvada səfərdədir.

Nazirin verdiyi açıqlamaya görə, martın 19-da həmkarı Reks Tillerson ilə keçirəcəyi görüşdə Suriya məsələsi ilə bağlı "Yol xəritəsi" müəyyənləşdiriləcək.

“YPG-nin olduğu bölgələr sabitliyə necə qovuşdurular, kimin idarə edəcəyini necə təmin edə bilərik” deyən Çavuşoğlu əsas prinsipin əhali nisbətində idarə olunmasının vacibliyini vurğulayıb.

Mövlud Çavuşoğlu deyib ki,  PKK-nın Suriyadakı qolu YPG Münbicdən çıxandan sonra ABŞ və Türkiyə hərbçiləri bölgədə təhlükəsizliyi birlikdə təmin edəcək.”.

Hazırda Münbic mövzusunda Suriya rejimindən hər hansı tələbin  olmayacağını qeyd edən Çavuşoğlu deyib ki, ABŞ-ın YPG-yə verdiyi silahların hamısını geri ala bilməyəcəyimizi bilirik. Onların bəziləri köhnəlib, bəziləri itib. Ancaq ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl demişdi ki, həmin silahları terrorçulardan geri alacaqlar. ABŞ-Türkiyə işçi qrupunda verilən bu vədə necə əməl olunduğunu görəcəyik.
 



Әlaqәli Xәbәrlәr