• Video Qalereya

"Rum icmasının mövqeyində hər hansı dəyişiklik görə bilmədik", M. Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezidenti Mustafa Akıncı Rum icmasının rəhbəri Nikos Anastasiadis ilə 10 aydan sonra ilk dəfə görüş keçirdi.

"Rum icmasının mövqeyində hər hansı dəyişiklik görə bilmədik", M. Akıncı

Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezidenti Mustafa Akıncı Rum icmasının rəhbəri Nikos Anastasiadis ilə 10 aydan sonra ilk dəfə görüş keçirdi.

Akıncı ilə Anastasiadis BMT Baş katibinin Kıbrıs üzrə xüsusi nümayəndəsi və BMT Sülh Gücü Missiyasının rəsmisi Yelizabet Spearın neytral bölgədəki rəsmi iqamətgahındakı şam yeməyində iştirak edib.

“İki İcmalı Sülh Təşəbbüsü” adlı qrupun üzvləri isə əllərində “Kıbrısda məsələnin həllinə bəli” şüarları daşıyaraq liderlərə dəstək verib.

Şimali Kıbrıs Türk Cümhuriyyəti Prezidenti  Mustafa Akıncı üç saat yarıma yaxın davam edən görüşdən sonra Dövlət Aparatında verdiyi açıqlamada bildirib ki, görüşdə Rum liderlərlə mövcud vəziyyəti müzakirə etdik. İsveçrənin Krans Montana qəsəbəsində keçən iyul ayında uğursuz şəkildə nəticələnən Kıbrıs Konfransında tarixi bir fürsət bada verildi. Bu mərhələdə heç bir şey artıq keçmişdəki kimi ola bilməz. Kıbrıs müzakirələrində artıq davamlı bir proses ola bilməz. Bundan sonrakı proses ancaq sabit olmayan paket çərçivəsində strateji ilə mümkün olacaqdır. Bunun mümkün olub olmaycağını isə qarşıdakı proses ortaya qoyacaq. Rum icmasının mövqeyində hər hansı dəyişiklik görə bilmədik.

Mustafa Akıncı Rum tərəfinə Aralıq dənizində tək tərəfli təbii qaz axtarışı ilə bağlı fəaliyyətlər barədə xəbərdarlıq etdiklərini vurğularaq, təbii qaz mövzusunun iki tərəfi də maraqlandırdığını, iki tərəfin də ortaq sərvəti olduğunu söyləyib.  



Әlaqәli Xәbәrlәr