Xarici Mətbuat

Türkiyənin gündəmindəki əsas mövzular xarici mətbuat və veriliş orqanlarında

Xarici Mətbuat

‘Turkish Amercian Web Portal’: “Xəbər əldə etmək uğrunda səy etməklə xəyanətə vasitəçilik etmək, bir-birindən fərqli işlərdir”. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan media orqanlarının nümayəndələrinə verilən iftan qonaqlığında etdiyi çıxışında deyib. Prezident, qələmini terror təşkilatının istək və arzuları istiqamətində istifadə edənlərlə, silahlanıb dağa çıxanlar arasında heç bir fərq olmadığını ifadə edərək: “Beynəlxalq qaralama kampaniyalarına dəstək xarekterli yazılar qələmə verməklə jurnalist olunmaz. Fətullahçi Terror Təşkilatı fəto mənsublarının irəli sürdükləri böhtanlara əsaslanaraq dövləti, dövlətin təhlükəsizliyini, ölkənin gələcəyini hədəf götürmək də jurnalistikaya uyğun olmaz”.

ABŞ, Beynəlxalq Xəbər Kanalı CNN: Xarici işlər naziri Mevlüt Çavuşoğlu, Makedoniyada həmkarı Nikola Dimitrov ilə görüşüb. Çavuşoğlu görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında: “Qətər terrora dəstək verməkdə ittiham edilir. Türkiyə bu ittihamları qəbul etmir. Ərəb ölkələrinə çağırış edirəm. Qətəri nə üçün ittiham edirsiniz?, Bununla bağlı əlinizdəki sənədlər nələrdir, əgər belə bir şey vardırsa açıqlayın”

Rusiya, media orqanı Sputnik: Almaniyada Nasyonal Sosialist Yeraltı terror təşkilatı (NSU) tərəfindən qətl edilən iki Türkün yaxınları, Alman dövlətinə hər ailə fərdi üçün 50 min Avroluq təzminat tələbiylə məhkəmə işi qaldırıb. Ailələrin vəkilinə görə NSU təşkilatı üzvləri cinayətlər törədilməmiş tutula bilərdilər. Lakin onların tutulmalarına dövlətin təhlükəsizlik orqanları lageyd qaldı. Dövlət müxbirlərə yüz minlərlə avro pul ödəyərək NSU mənsublarını dəstəklədi”. Cinayətlərdən sonra başladılan istintaq prosesində müvəkkillərinə təzyiq edildiyini xatırladan vəkil, bunun da iddia ərizəsində əks etdiyini bildirib.

Almaniyanın mətbuat agentliyi DPA:  Almaniyakı müsəlmanlar, terrordan etiraz məqsədiylə yürüş təşkil ediblər. Köln əhalisinin də alqışlarla dəstək verdikləri aksiya zamanı terroristlərin İslam ilə əlaqələndirilməsi səhvdir deyə şuar səsləndiriblər. Aksiyaçılar, belə bir şeyi hər fürsətdə xatırlatmaq və özlərini müdafiə etmək məcburiyyətində qalmağın narahatedici olduğunu, islamın sülh dini olduğunu vurğulayıblar.



Әlaqәli Xәbәrlәr