• Video Qalereya

Xarici Mətbuat

Türkiyənin  gündəmindəki  əsas mövzular xarici mətbuat və  veriliş orqanlarında

Xarici Mətbuat

İran xəbər agentliyi: Türkiyə Əfqanıstan hökumətinin Talibana təklif etdiyi sülh planına dəstək verib.

BBC-nin Türk Veb Saytı: Baş nazir Binali Yıldırım, Əfqanıstandan leqal yollarla Türkiyəyə gələnlərə hörmət göstərdiklərini, lakin qeyri leqal yollardan gələnlərin ciddi problem yaratdıqlarını bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın isə, Suriyanın Afrin bölgəsinin Afrinlilərə veriləcəyi tarixi, Rus Xarici İşlər Naziri yox Türkiyənin təyin edəcəyini qeyd etdiyini yazıb.

İngiltərə informasiya agentliyi Reuters: Türkiyə, Bəşər Əsəd rejiminin Şənbə günü Suriyanın Duma bölgəsinə istiqamətli təşkil etdiyi kimyəvi silah hücumunu qınayıb. Agentliyin başqa bir xəbərində isə bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Dövlət Başçısı Vladimir Putin ilə telefonda danışıb. Danışıq zamanı Suriya rejiminin mühasirəsi altında olan Şərqi Qutada dinc sakin ölümlərinin qarşısının alınması vurğulanıb.

Almaniya xəbər agentliyi DPA: Prezident Rəcəb Tayyib Ərdoğan Suriyada Şərqi Quta və Dumada həyata keçirilən və kimyəvi silahdan istifadə edilən hücumun məsullarına mütləq lazımlı cavabın veriləcəyini qeyd edib.

İraqın Basnews qəzeti: Prezident Rəcəb Tayyib Ərdoğan, Fransanın terror təşkilatı PKK / PYD-YPG üzvü olan quldurlara Elysee Sarayında ev sahibliyi etdiyini bildirib.

Amerika Türk Veb səhifəsi: Baş nazir Binali Yıldırım, Türk əsgərlərinin olduğu yerlərdə sülh və əmin-amanlığın hökm sürdüyünü deyib. Baş nazir müavini və hökumət sözçüsü Bəkir Bozdağ da suriya mövzusunda beynəlxalq cəmiyyətin əməkdaşlıq çərçivəsində addım atmasının lazım gəldiyini vurğulayıb. Baş qərargah rəisi ordu generalı Hulusi Akar isə Egey və Şərqi Aralıq dənizlərində heç bir oldu-qurtardıya icazə verilməyəcəyini deyib.

Rusiyanın media orqanı Sputnik: Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Suriyanın Afrin bölgəsinin Bəşər Əsəd rejiminə təhvilinin mümkün olmadığını qeyd edib.

Almaniya DW internet saytı: Prezident Rəcəb Tayyib Ərdoğan, Avropada yaşayan Türklərǝ  çağırış  edib  ki,  yaşadığınız  ölkǝlǝrdǝ   siyasǝtdǝ  fǝal  iştirak edin.

 

 

 

 



Әlaqәli Xәbәrlәr