Estoniya Rusiyaya nota verib

Rusiyanın II-76 tipli hərbi yük təyyarəsi Estoniyanın hava məkanını pozub. Estoniya isə bu səbəbdən Rusiyaya nota verib.

Estoniya Rusiyaya nota verib

Bu barədə Estoniya mətbuatı məlumat yayıb. Xəbərə görə II-76 tipli Rusiyaya məxsus yük təyyarəsi 12 Martda Estoniya hava məkanını pozduğu üçün Estoniya Xarici İşlər Nazirliyi tərəfindən Rusiyaya nota verilib.

Estoniya ordusu, Rus yük təyyarəsinin hava məkanını pozduğu Baltik dənizində Vaindloo Adası yaxınlarında qeydə alındığını, hadisənin bir dəqiqə davam etdiyini, radar sisteminin açıq olmasına baxmayaraq estoniyalı dispetçerlərlə radio əlaqədə olmadığını bildirib. 

Rusiya Müdafiə Nazirliyi bu iddiaları qəbul etmədiklərini, və uçuşun beynəlxalq qaydalar çərçivəsində reallaşdırıldığını, heç bir ölkənin hava məkanının pozulmadığını açıqlayıb.

Qeyd edək ki, Rusiya intensiv olaraq Baltik ölkələrindəki hava məkanını pozmaqda ittiham edilir.

 



Әlaqәli Xәbәrlәr