Maduro ilk turda qalib gəldi

Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərinin ilk turunda galib gəldi.

Maduro ilk turda qalib gəldi

 Venesuelanın dövlət başçısı Nikolas Maduro bazar günü keçirilən prezident seçkilərinin ilk turunda galib gəldi.  

Ölkənin Milli Seçki Şurasının rəhbəri Tibisay Lusena Maduronun 5,8 milyon seçici səsi (səslərin 68 faizi) toplayaraq qalib gəldiyini bildirib.

"Seçkilərdə iştirak etmiş 46,01 seçici bülletenlərinin 92,6 faizinin hesablanmasından sonra Maduronun 5823718 səs, Enri Falkonun 1 820 552 seçici səsi, Havyer Bertuççinin 925 min səs topladığını deyə bilərik", - deyə Lusena bildirib.

Bu mənada Maduro 2025-ci ilə qədər dövlət başçısı vəzifəsində qalacaq.  

Digər tərəfdən Falkon seçki nəticələrinin elan edilməsindən sonra sosial şəbəkə hesabında yerləşdirdiyi açıqlamasında seçki nəticələrini tanımadıqlarını və qeyri-qanuni elan etdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr