Avropol: "Avropada terror aktları artıb"

Avropada terror hücumları 2017-ci ildə əvvəlki illərə görə 45% artıb.

Avropol: "Avropada terror aktları artıb"

 Avropa Polis Təşkilatı- Avropol  "Aİ-də Terrorizmin Vəziyyəti və Trendi 2018-ci il Hesabatı"nı yaydı.

Hesabatda Avropada əvvəlki illərdə daha az olan terror hücumlarının 2017-ci ildə 45% artdığı, buna baxmayaraq, hücumlarda ölənlərin sayında yarıbayarı azalma olduğu bildirilir.

Hesabata görə, 2017-ci ildə Aİ ölkələrində qarşısı alınan, və ya törədilən 205 terror aktında 68 nəfər həlak olub, 844 nəfər yaralanıb.

9 ölkədə təşkil olunan terror aktlarının yarıdan çoxu Birləşmiş Krallıqda törədilib (107 hücum). Fransada 54, İspaniyada 16, İtaliyada 14, Yunanıstanda 8, Almaniya 2 və Belçikada 2, Finlandiya 1 və İsveçdə 1 terror hücumu həyata keçirilib.

2017-ci ildə terror cinayəti ilə əlaqədar 975 nəfər həbs olunub, onlarda 438-nin 20-25 yaşlarında olduğu müəyyən olunub.

Ən yüksək həbs rəqəmi  Fransanın payına düşür (411). Böyük Britaniyada 168, İspaniyada 91, Almaniyada 58, Belçikada 50, Avstriyada 48, İtaliyada 39, Hollandiyada 35, Danimarkada 17, və Yunanıstanda 15, Bolqarıstanda 14, İrlandiyada 11, Finlandiyada 9, Macarıstan, Polşa və Rumıniyada iki, Çexiya, Portuqaliya və İsveçdə bir nəfər həbs olunub.
 
 Hesabatda: "Avropa terrorun hədəfində olmaqda davam edir. Terrorizm bütün dünya və insanlıq üçün bir təhdiddir. Bu səbəbdən birlikdə işləməyə davam etməliyik" ifadələri işlədilir.
 
 Hücumların əksəriyyətinin (67 %) separatçılar tərəfindən həyata keçirildiyi qeyd edilən hesabatda terror aktlarınnın16%-nin DEAŞ-la əlaqədar olduğu, 12%-nin solçu qruplar, 2%-nin ultra sağçı qruplar və  3%-nin isə müəyyən olunmayan şəxslər tərəfindən təşkil olunduğu bildirilir.
 
 Hesabatda DEAŞ hücumlarının əvvəlki ilə görə yarıdan çox artdığı,  bunların əksəriyyətinin bir şəxs tərəfindən qeyri-peşəkar səviyyədə həyata keçirildiyi vurğulanır.



Әlaqәli Xәbәrlәr