• Video Qalereya

Almaniya Camal Qaşıqçı mәsәlәsilә bağlı Sәudiyyә Әrәbistanına reaksiya bildirdi

Almaniya Xarici İşlər naziri Heiko Maas  Səudiyyə Ərəbistanına  edәcәyi səfəri təxirə salacağını açıqlayıb.

Almaniya Camal Qaşıqçı mәsәlәsilә bağlı Sәudiyyә Әrәbistanına reaksiya bildirdi

Almaniya Xarici İşlər naziri Heiko Maas  Səudiyyə Ərəbistanına  edәcәyi səfəri təxirə salacağını açıqlayıb.

''Washington Post'' qəzetinin müxbiri  Camal Qaşıqçıdan  Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna girdiyi 2 oktyabrdan etibarən xəbər yoxdur.

Almaniya da dünya gündәmini zәbt edәn mәsәlәyә öz reaksiyasını göstәrib.

Almaniya Xarici İşlər naziri Haiko Maas  Camal Qaşıqçı  mәsәlәsinә aydınlıq gәtirilәnәdәk Sәudiyyә Әrәbistanına edәcәyi sәfәri tәxirә saldığını açıqlayıb.

Oktyabrın 2-dә Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğına daxil olan Camal Qaşıqçıdan  o tarixdәn etibarәn xәbәr yoxdur.

Sәudiyyә Әrәbistanının İstanbuldakı  Baş Konsulluğunun binasında istintaq aparılıb.

Konsulluq binasından sonra Baş Konsul Mәhәmmәd әl Uteybinin iqamәtgahında da tәhqiqat aparılacaq.

Qeyd edәk ki, Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulu dünәn öz ölkәsinә qayıdıb.



Әlaqәli Xәbәrlәr