Hindistan Allahabad şəhərinin adını dəyişdi

Hindistanın Allahabad şəhərinin adı millətçi hindu qruplarının illərlə davam edən təzyiqlərindən sonra Prayaqraj olaraq dəyişdirildi.

Hindistan Allahabad şəhərinin adını dəyişdi

  Hindistanın ən böyük əyaləti olan Uttar Pradeş yerli hökuməti ad dəyişikliyini 17 oktyabrda təsdiq edib.

  Əyalətin baş naziri, hindu millətçi vaiz Yoqi Adityanath müxalifət partiyalarının reaksiyasına səbəb olan qərarı əksəriyyətin səs çoxluğu ilə verdiklərini söyləyib:

  “Bu qərara etiraz edənlər, demək, tariximizi və ənənələrimizi heç bilmir".

  Uttar Pradeş əyalətinin Səhiyyə naziri Nath Sinqh də ad dəyişikliyini müdafiə edərək deyib: “Yerin əvvəlki adı Prayagraj olub, yeni adı Sanskritçe isə "qurban və ya əhd-peyman yeri" mənasını verir.

  Hind inancına görə, kainatın yaradıcısı ilk qurbanını Qanq, Yamuna və Sarasvati çaylarının qovuşduğu bu yerdə təqdim edib.

  Qeyd edək ki, Babur imperatoru Əkbər şah əsl adı Prayaqraj olan bu şəhərə 1583-cü ildə İlahabad adını vermişdi. Daha sonra oğlu Cahan şah şəhərin adını Allahabad olaraq dəyişdirmişdi.



Әlaqәli Xәbәrlәr