“Nokia 9”-un keyfiyyəti

Yeni smartfon gözləniləndən daha güclü olacaq.

“Nokia 9”-un keyfiyyəti

Finlandiyada bir neçə aydır “HMD Global” şirkəti “Nokia 9” smartfon modelini təqdim etmək üçün fəaliyyətlərini davam etdirir.

Qeyd edək ki, iki həftə əvvəl internetdə yeni qurğunun texniki xüsusiyyətləri barədə məlumatlar yayılmağa başlayıb.

 “Nokia 9” 2560х1440 piksel təsvir ölçülü 5,3 düym diaqonallı ekran, 4 giqabaytlıq operativ yaddaş, iki 13 meqapikselli modula malik əsas kamera, “Snapdragon 835” prosessoru və “Android 7.1.1 Nougat” əməliyyat sistemi ilə təchiz ediləcək.  Yayılan son məlumatlara görə, yeni smartfon gözləniləndən daha güclü olacaq.

Qurğunun ABŞ Federal Rabitə Komissiyasında (FCC) sertifikasiyadan keçməsindən məlum olub ki, “Nokia 9” adı ilə 4, 6 və 8 giqabayt operativ yaddaş tutumuna malik smartfonlar buraxılacaq. Sənəddə qeyd olunduğuna görə, Finlandiya istehsalçısının TA-1004 kod adını TA-1012 adına dəyişməsi ilə əlaqədar qurğunun 4 giqabaytlıq operativ yaddaşa malik versiyası satışa çıxarılmayacaq.

Xatırladaq ki, “Nokia 9” smartfonunun nümayişi iyunun sonuna nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr