• Video Qalereya

Antarktidada Türkiyə Elmi-Tədqiqat Bazası

Faruk Özlü Antarktidada Türkiyə Elmi-Tədqiqat Bazasının yaradılmasının əhəmiyyətinə toxunaraq deyib.

Antarktidada Türkiyə Elmi-Tədqiqat Bazası

  Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü Antarktidada Elmi-Tədqiqat Bazası Yaradılması Layihəsi çərçivəsində keçiriləcək II Milli Antarktida Elm Səfərindən əvvəl Türk Antarktida Yürüşü Qrupundan 4 akademikin artıq bununla bağlı işlərə başladığını söyləyib.

   Antarktidada Türkiyə Elmi-Tədqiqat Bazasının yaradılmasının əhəmiyyətinə toxunan F.Özlü deyib: “Bu məsələdə işlərin sürətini artırırıq… Xatırladım ki, I Milli Antarktida Elmi Yürüşü 9 alimin iştirakıyla keçən il 26 fevral - 4 aprel tarixləri arasında həyata keçirildi. II Milli Antarktida Elmi Yürüşü isə bu il müxtəlif elmi sahələrdən olan tədqiqatçılarla birlikdə 19 fevral - 6 aprel arasında olacaq… Türkiyə Antarktida haqqında elmi biliyini artırmaq üçün qitədə bazası olan Belçika, Bolqarıstan, Çexiya, Cənubi Koreya, Polşa və Çili ilə sazişlər imzalayıb”.



Әlaqәli Xәbәrlәr