Türkiyədən 10 universitet ən yaxşı universitetlər arasında

Türkiyədən 10 universitet dünya üniversitetləri ilə 24 sahədə rəqabət edir.

Türkiyədən 10 universitet ən yaxşı universitetlər arasında

Türkiyədən 10 universitet dünya üniversitetləri ilə 24 sahədə rəqabət edir.

Ali Təhsil Qurumu (Yüksəköğrətim Kurulu YÖK) etibarlı ali təhsil dəyərləndirmə təşkilatlarından “Quacquarəlli Symonds QS”'yə Türkiyədəki universitetlərin dünya ilə rəqabətini ölçdürdü.

Siyahı Türkiyədəki ali təhsil sisteminin beynəlxalq arenada mövcud vəziyyətinin dəyərləndirildiyi “Qlobal rəqabət mühitində missiyada fərqlənmə və ixtisaslaşma iclası”nda açıqlandı.

YÖK-ün sədri Prof.Dr. Yekta Saraçın iştirakı ilə Ankarada keçirilən iclasda “QS”-nin hazırladığı siyahıda dünyadaki ilk min universitet sırasında Türkiyədən 10 universitetin olduğu elan edildi.  

Buna görə Ankara, Bilkent, Boğaziçi, Ege, Haccetepe, İstanbul Texnik universiteti (İTÜ), İstanbul, Koç, Ortadoğu Texnik universiteti (ODTÜ) və Sabancı universitetləri “İxtisas üzrə müvəffəqiyyət mükafatı”na layiq görüldü.

Həmin universitetlərin 24 ixtisas üzrə bölməsi dünya universitetlərilə rəqabət edə biləcək sahələr sırasına daxil olub.

“QS”-nin hazırladığı siyahıya görə İTÜ Mədən Mühəndisliyi sahəsində dünya sıralamasında 31-ci yeri tutub.

İTÜ-dən sonra ODTÜ Mədən Mühəndisliyi isə siyahıda 45-ci yerdədir. İstanbul və Haccetepe universitetləri tibb sahəsində 251-300 arasında yer tutaraq bu sahədə ən yaxşı dərəcələrə layiq görülüblər.

“QS” tərəfindən açıqlanan dünyadaki min universitet ilə yarışa biləcək Türkiyədən 10 universitet və ən yüksək sıralarda olduqları sahələr belədir:

  • İTÜ-Mədən Mühəndisliyi sahəsi (31.)
  • ODTÜ-Mədən Mühəndisliyi sahəsi (45.)
  • Bilkent universiteti-Siyasət Elmi və Beynəlxalq Əlaqələr sahəsi (151-200 arası)
  • Boğaziçi universiteti-Elektirik-Elektron Mühəndisliyi sahəsi (201-250 arası)
  • Koç universiteti-Siyasət Elmi və Əlaqələr sahəsi və Arkeoloji sahələri (151-200 arası)
  • İstanbul universiteti-Tibb, Əczaçılıq, Pedaqogika, Kənd Təsərrüfatı və Meşə sahələri (251-300 arası)
  • Hacettepe universiteti- Pedaqogika, Tibb və Əczaçılıq və Farmakologiya sahələri (251-300 arası)
  • Sabancı universiteti-Maşın Mühəndisliyi və Aviasiya (havaçılıq) sahələri (301-350 arası)
  • Ege Universiteti-Tibb sahəsi (451-500 arası)
  • Ankara universiteti-Tibb sahəsi (401-450 arası)


Әlaqәli Xәbәrlәr