Kəşf edilən endemik bitki növünə professor Əziz Sancarın adı verildi

Türkiyənin bəzi bölgələrində “süd otu” adı ilə tanınmış “Polygala” cinsinin Mardin şəhərində kəşf edilən növü Nobel mükafatı  laureatı elm adamı professor Əziz Sancarın adı ilə tanınacaq.

Kəşf edilən endemik bitki növünə professor Əziz Sancarın adı verildi

Türkiyənin bəzi bölgələrində “süd otu” adı ilə tanınmış “Polygala” cinsinin Mardin şəhərində kəşf edilən növü Nobel mükafatı  laureatı elm adamı professor Əziz Sancarın adı ilə tanınacaq.

Ankarada yerləşən Hacettəpə Universiteti Fənn Fakültəsi Biyologiya Kafedrasında müəllim professor Əli Dönməz və doktor Zübeydə Uğurlu Aydının fəaliyyətləri nəticəsində Mardin vilayətinin Akresta Keçidi bölgəsində kəşf edilən endemik bitki növünə “Polygala azizsancarii” adı verilmişdir. Bikti növünə adının qoyulduğunu öyrənən Əziz Sancar Dönməz və Aydına göndərdiyi “e-mail” ilə öz təşəkkürünü bildirib.

Türkiyə florası sahəsində 30 ildir araşdırmalar aparan Dönməz bitki sahəsində araşdırma aparanların ən zəngin laboratoriyalarının təbiət olduğunu, Türkiyənin də dünyada ən münbit laboratoriyaların başında yer tutduğunu söyləyib.

Buna görə ümumilikdə insanların ən az getdiyi bakir  sahələrin ən zəngin araşdırma mühiti olduğunu vurğulayan Dönməz “Xüsusilə də Şırnak, Hakkari, Bitlis və Van vilayətləri bitki növü yığmaq üçün maraqlandığım bölgələrdir. Mardin də Türkiyənin digər yerləri kimi dəfələrlə baş çəkdiyim, bitki yığdığım yerlərdin biridir. “Polygala azizsancarii” növünə məxsus bitki növlərini ilk dəfə 2001-ci ildə yığdım, ancaq indiyədək böyük hissəsi Türkiyədən 20 minədək nümunə yığdığım üçün bunların tədqiq və elm dünyasına təbliğ edilməsi vaxt tələb etdi. Həmin səbəbdən 2002-ci ildə yığılmış bitkini 2018-ci ildə tanış etmək qismət oldu” deyə bildirib.

O deyib ki, Türkiyənin bəzi bölgələrində “süd otu” kimi tanınmış “Polygala” cinsinin növləri barədə doktor Zübeydə Uğurlu Aydın ilə araşdırmalarımız davam edir. Daha əvvəl Kağızman-Karakurt arasında yığdığımız çalı şəkilli başqa süd otu növünün elm dünyası üçün yeni olduğunu sübuta yetirdik.


Etiketlәr: endemik , Polygala

Әlaqәli Xәbәrlәr