Antaliya Velosiped yürüşünə 22 Yanvarda start veriləcək

Dünyanın məşhur velosipedçiləri, 22-25 Fevral tarixləri arasında ilk dəfə keçiriləcək Antaliya Velosiped yürüşündə yarışacaqlar.

Antaliya Velosiped yürüşünə 22 Yanvarda start veriləcək

Beynəlxalq Velosiped Assosiasiyasının təqvimində 2.2 katoqoriyasında 4 mərhələli yol yarışı olaraq qeyd edilmiş tədbirdə 20 ölkədən 25 komanda və 175 idmançı mübarizə edəcək.

53-cü Prezident Türkiyə Velosiped Yürüşündə mərhələni ikinci tamamlayan milli idmançı Əhməd Örkən, yeni komandası Salcano Sakarya Böyükşəhər Bələdiyyəsi adına yarışacaq.

Fransa və İtaliya velosipet yürüşlərində mərhələ qalibiyyətləri olan İtaliyalı Filippo Pozzato da yürüşə qatılacaq.

 Qeyd edək ki, tədbirin son günündə həvəskar velosipedçilərin iştirak edəcəkləri "Akra Gran Fondo Antalya" yürüşü keçiriləcək.



Әlaqәli Xәbәrlәr