İraqda 28 ildən sonra ilk dəfə futbol turniri

İraq noyabr ayında Bəsrədə Qərbi Asiya Futbol Federasiyası çempionatına ev sahibliyi edəcək.

İraqda 28 ildən sonra ilk dəfə futbol turniri

  İraq noyabr ayında Bəsrədə Qərbi Asiya Futbol Federasiyası çempionatına ev sahibliyi edəcək. Bu turnir, eyni zamanda, ötən əsrin 90-cı illərindən bu yana ölkədə keçiriləcək ilk beynəlxalq turnir olacaq.  

  İraq Futbol Federasiyasının sözçüsü Kamel Zaqhir AFP-yə verdiyi müsahibədə bildirib: “FİFA tərəfindən ölkəyə qoyulan üç 10 illik qadağadan – 28 illik fasilədən sonra 28 mayda keçiriləcək Qərbi Asiya Futbol Federasiyasının turnirə ev sahibliyi təklifini etdi. Turnir 12 ərəb ölkəsi arasında keçiriləcək.”

  Qeyd edək ki, 90-cı illərdə olan İraq-Küveyt müharibəsindən sonra İraqa öz ölkəsində heç bir beynəlxalq idman tədbiri keçirməsinə icazə verilməyib. Bu qadağa Amerika Birləşmiş Ştatlarının 2003-ci il işğalından sonra da tətbiq olunmağa davam edib.



Әlaqәli Xәbәrlәr