Rusiyalı turistlər Erciyes Xizək Mərkəzinə heyran oldular

Moskva-Kayseri arasında ilk dəfə həyata keçirilən birbaşa uçuşla şəhərə gələn rusiyalı turistlər Erciyes Turizm Mərkəzinə heyran qaldılar.

erciyes.jpg
Erciyes.jpg
erciyes.jpg
kayak erciyes.jpg
erciyes kayak merkezi.jpg

Moskva-Kayseri arasında ilk dəfə həyata keçirilən birbaşa uçuşla şəhərə gələn rusiyalı turistlər Erciyes Turizm Mərkəzinə heyran qaldılar.

Önəmli yatırımlarla son illərdə ölkə xaricində də diqqət mərkəzində olan Mərkəzə gələn 224 və 240 nəfərlik iki ayrı qrup ilk dəfə həyata keçirilən Moskva-Kayseri uçuşu ilə dekabrın 29-da Erkilet Hava Limanına gəldi.

Hava Limanında qərənfillərlə qarşılanan və onlar üçün təşkil edilən qəbulda iştirak edən rus turistlər daha sonra Erciyes Xizək Mərkəzinə üz tutublar.

Türkiyənin önəmli xizək mərkəzlərindən sayılan və ölkə xaricində də diqqət mərkəzində olan Erciyesdə dünya standartlarında göstərilən xidmətlər rus turistlərində unudulmaz təəssüratlar yaradıb. 

Moskva-Kayseri arasında yanvar və fevral aylarında hər həftə baş tutacaq birbaşa uçuşlarla şəhərə gələcək turistləri qonaq edəcək Erciyesin qış mövsümündə 5 minə yaxın rus turisti qəbul etməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr