Türkiyə Qətərə 17 kater satacaq

ARES və Yonca-Onuk tərsanələri Qətərdəki Beynəlxalq Doha Dəniz Müdafiə Sərgisi və Konfransında (DIMDEX 2018) yeni sifarişlər qəbul etdi.

Türkiyə Qətərə 17 kater satacaq

ARES və Yonca-Onuk tərsanələri Qətərdəki Beynəlxalq Doha Dəniz Müdafiə Sərgisi və Konfransında (DIMDEX 2018) yeni sifarişlər qəbul etdi.

Qətər Daxili İşlər Nazirliyi ilə Türkiyənin Antalya Sərbəst Bölgəsində fəaliyyət aparan ARES tərsanəsi arasında 3-ü 48 metrlik açıq dənizdə polis idarəsi üçün kater, 6-sı xüsusi təyinatlı qüvvələrə dəstək məqsədli hücum kateri olmaqla 9 katerlə əlaqəli saziş imzalandı.

Qətər Silahlı Qüvvələri həmçinin Yonca-Onuk AO ilə 4 ədəd Yonca-Onuk MRTP24/U  “Special Operation Craft” (SOC) kateri və 4 ədəd Yonca-Onuk MRTP24/U “Fast Missile Craft” (FAC) kateri üçün 2 ayrı saziş imzalamışdır.

Sifariş edilən katerlərin maksimum 50+ knost sürəti olacaq.

Qeyd edək ki, Yonca-Onuk indiyədək Qətər Silahlı Qüvvələri üçün Qətər Dəniz Qüvvələri Komandirliyi inventarına 3 ədəd Yonca-Onuk MRTP16 ani müdaxilə kateri, 3 ədəd Yonca-Onuk MRTP34 sürətli hücum kateri və 4 ədəd Yonca-Onuk MRTP20 inkişaf etdirilmiş ani müdaxilə hücum kateri təslim etdi.  



Әlaqәli Xәbәrlәr