"Bunlar bizim ömrümüzdür, gərgin zəhmətimizin bəhrəsidir"

Ankara Rəsm Sənət Platformasının təşəbbüsü və təşkilatçılığı ilə 21 fevralda Ankara Ticarət Odası (ATO) binasında konfrans və imza mərasimi oldu. Konfransın əsas mövzusu Xocalı ilə bağlı idi.

"Bunlar bizim ömrümüzdür, gərgin zəhmətimizin bəhrəsidir"

   Ankara Rəsm Sənət Platformasının təşəbbüsü və təşkilatçılığı ilə 21 fevralda Ankara Ticarət Odası (ATO) binasında konfrans və imza mərasimi oldu.

  Konfransın əsas mövzusu Xocalı ilə bağlı idi.

  Azərbaycan və Türkiyədən 15-ə yaxın yazıçı və şair - Selçuk Silsüpür, Ünal Kar, İbrahim Bekler, Şərifə Köksal Badısaba, Şərifə Ayhan Semerci, Figen Abiş, Selma Kartal, Ümit Arzu Aydoğan, Gülay Göytürk, Rıdvan Kurt və Çiçək Həsənova çıxış etdilər, milli-vətənpərvərlik ruhunda və Xocalı ilə bağlı müəllif şeirlərini söylədilər.

  Konfransda tədbirlərin təşkilatçısı, Ankara Rəsm Sənət Qalereyasının sədri Sultan Özateşin rəhbərliyi və tərtibatı ilə çıxmış “İki dövlət, bir millət" antologiyası, Figen Abişin “Lavanta kokusu” (Lavanda qoxusu), İbrahim Beklerin “Anadoludur Vatan” (Anadoludur vətən) və Şərifə Ayhan Semercinin “İnci çiçeöim” (İnci çiçəyim) kitablarının təqdimatı keçirildi. Sonda əməyi keçən iştirakçılara mükafat verildi.

  İmzalama mərasimi ATO-da təşkil edilən XII Ankara Kitab Sərgisində tədbirə gələn şairlərin öz stendlərində oldu.

  Türkiyəli araşdırmaçı-yazıçı Selçuk Silsüpür “Türk tarixi yenidən yazıldı” silsiləsindən “Bilinmeyen Türk Tarihi ve Kültürü” (Bilinməyən türk tarixi və mədəniyyəti), “Sümerler / Kengerler Türktür ve Tarih Türklerle başlar” (Şumerlər / Kəngərlər türkdür və tarix türklərlə başlayar), “Oğuzlar”, şairlərdən Davut Tuncbilek “120 gün”, “Çileli hayat - Nuriye” (Dərdli həyat – Nuriyyə), Ünal Kar “Üşümə”, Gülay Göktürk “Kadının adı yar” (Qadının adı yardır), azərbaycanlı şairə Çiçək Həsənova “Nədən belə narahatam” və başqa şairlər onlarla əsərini oxuculara təqdim etdi, imza atdı.

  Türkiyəli araşdırmaçı-yazıçı Selçuk Silsüpür “Bilinmeyen Türk tarihi ve Kültürü”, “Sümerler / Kengerler Türktür ve Tarih Türklerle başlar” və “Oğuzlar” kitablarını göstərərək: “Bunlar bizim ömrümüzdür, günümüzdür, dəyərli saatlarımızın, gərgin zəhmətimizin bəhrəsidir,” - dedi.    

  Azərbaycandan gələn şairə Çiçək Həsənova öz ürək sözlərini belə bölüşdü: “Mən çox sevinirən Azərbaycan-Türkiyə mədəni-ədəbi əlaqələrinin belə silsilə şəklində keçirilməsinə. Bu işdə tədbirin təşkilatçısı Sultan Özateş, sözün əsl mənasında, fədakarlıq edir. Səhhətində problemlər olsa da, durmur, dayanmır, bir millət, iki dövlətin ədəbi-mədəni əlaqələri yolunda yorulmadan çalışır, nəticədə bizi də bir araya toplayır.”

  Tədbirin təşkilatçısı, Ankara Rəsm Sənət Qalereyasının sədri, rəssam və şair Sultan Özateş isə çıxışında bu sözləri söylədi: “Bu gün iki saatlıq bir zaman ərzində hər iki ölkədən olan bacı-qardaşlarımızın, dostlarımızın sevgisi və dəstəyi ilə tədbirimizi həyata keçirməyə nail olduq. İştirakçılarımızla bir daha şərəf duyduq. Bütün ruhuyla şeirlərini söyləyən şairlərimizə və tədbirə gələn hər kəsə minnətdaram. TRT “Türkiyənin səsi” radiosu və trt/Azerbaycan saytına da minnətdaram ki, hər zaman Azərbaycan-Türkiyə başlıqlı tədbirlərimizə əməkdaşlarını göndərir, tədbirlərimizi işıqlandırırlar. Dostluq və qardaşlığı möhkəmləndirmək yolunda zəhmət çəkən hər kəsə təşəkkür edirəm”.



Әlaqәli Xәbәrlәr