Ankarada Əlişir Nəvaiyə həsr olunan konfrans keçirildi

Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında böyük özbək şairi Əlişir Nəvainin yaradıcılığına həsr olunan konfrans keçirildi.

Ankarada Əlişir Nəvaiyə həsr olunan konfrans keçirildi

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında böyük özbək şairi Əlişir Nəvainin yaradıcılığına həsr olunan konfrans keçirildi.

Konfransda TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mustafa Esen, Özbəkistanın Ankaradakı səfiri Alisher Agzamkhadjayev, Əlişir Nəvai Universitetinin müəllimi Nodirbek Jurakuziyev, Qazaxıstandan Oras Sapaşev, İstanbuldan Tülay Köseoğlu və başqaları Əlişir Nəvainin yaradıcılığından danışdılar.

Şairin əsərlərini dünya ədəbiyyatının tükənməz xəzinəsi kimi dəyərləndirən natiqlər Əlişir Nəvainin şəxsiyyətinin türk dünyasının parlaq ədəbi siması, xalqlarımızın fəxri olduğunu dilə gətirdilər və Onun yaradıcılığının tədqiqi və təbliğinin Türk dünyası mədəniyyətinin inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Konfransdan sonra təqdim olunan bədii proqramda Əlişir Nəvainin əsərlərindən nümunələr səsləndirildi, şeirlərinə bəstələnmiş mahnılar ifa edildi.



Әlaqәli Xәbәrlәr