Banqkokda Türk mədəniyyəti tanıdıldı

Türkiyə-Tailand diplomatik münasibətlərinin 60-ci ildönümü çərçivəsində Tailandın paytaxtı Banqkokda Türk mədəniyyətini və əl sənətlərini tanıdan tədbirlər keçirildi.

Banqkokda Türk mədəniyyəti tanıdıldı

Türkiyə-Tailand diplomatik münasibətlərinin 60-ci ildönümü çərçivəsində Tailandın paytaxtı Banqkokda Türk mədəniyyətini və əl sənətlərini tanıdan tədbirlər keçirildi.
 
 Bu çərçivədə iki ölkə arasındakı dostluğun tarixinin dərinliklərinə söykəndiyini vurğulamaq məqsədilə Türkiyə-Tailand münasibətlərinin 60-ci ili şərəfinə  marka buraxıldı. Markada Tayland boksu (Muay Thai) və Kırkpınar yağlı güləşləri əks olundu.
 
 Banqkokdakı tarixi poçt binasında Türk əl sənətlərinin və Türk mətbəxindən nümunələrin nümayiş olunduğu tədbirdə satışa çıxarılan markalar kolleksiyaçıların böyük marağına səbəb oldu.
 
 Türkiyənin Banqkokdakı səfiri Evren Dağdelen Akgün tədbirdə çıxış edərək ikitərəfli əlaqələrin tarixindən danışdı, 19-ci əsrdə Şahzadə Damronqun İstanbulda Sultan II Əbdülhəmidin qonağı olduğunu xatırlatdı.
 
 Akgün dərin tarixi keçmişə, zəngin təbii gözəlliklərə və mədəniyyətə malik iki ölkənin turizm başda olmaqla, bir çox sahədə geniş əməkdaşlıq potensialına malik olduğuna işarə etdi.
 
"Tarix Boyu Osmanlı İmperiyası və Siam Krallığı" adlı paneldə  eyni adı daşıyan kitab təqdim olundu.
 
 Kitab Tailand şahzadəsi Damronqun 1891-ci ildə Rusiyaya səfərindən əvvəl Sultan II Əbdülhəmidin qonağı olaraq bir müddət İstanbulda qalmasından bəhs edir.



Әlaqәli Xәbәrlәr