"Ay lav yu" İsveç festivalında

İsveçin paytaxtı Stokholmda bu il V Beynəlxalq Komediya Filmləri Festivalı başladı.

"Ay lav yu" İsveç festivalında

  Tarixi Skandia teatrında filmlərin aktyorları və dəvətlilərin iştirakı ilə açılış mərasimi keçirildi.

  Festivalın təşkilatçısı Nisti Stern mərasimdə etdiyi çıxışında 22 oktyabra qədər davam edəcək tədbirdə 6 ölkədən 6 komediya filminin göstəriləcəyini söyləyib: “Nümayiş olunacaq filmlərdən "Ay lav yu" (2010) kinokomediyasıdır ki, ssenari müəllifi və rejissoru Sermiyan Midyat burada iştirak edir.”  

  S.Midyat festivalda filmin göstərilməsindən duyduğu məmnunluğu dilə gətirərək tədbirin son günündə tamaşaçılarla görüşəcəyini söyləyib, təşkilatçılara təşəkkür edib.

  Mərasimdə İsveçdə yaşayan türk müğənni Bora Serbülent də iştirak edərək ana dilində mahnılar oxuyub.



Әlaqәli Xәbәrlәr