Yaponiyada robot bələdiyyə sədrliyinə namizəd oldu

Dünyada ilk dəfə  robot bələdiyyə sədri olmaq üçün namizədliyini irəli sürdü.

Yaponiyada robot bələdiyyə sədrliyinə namizəd oldu

 Yaponiyanın paytaxtı Tokionun Tama vilayətinin bələdiyyə sədrliyinə namizəd olmaq üçün “Al” adlı robot digər namizədlər kimi seçim kampaniyasına start verib.

Robotun seçim proqramı və fotoları Tamanın hər yerində nümayiş etdirilir.

Robotun bələdiyyə sədri olması üçün 2014-cü ildə Tama bələdiyyə seçkilərində namizəd olan Michihito Matsuda qalib gəlməlidir.

Çünki Michihito Matsuda seçildiyi halda, bələdiyyə sədri vəzifəsini süni intellekt dəstəkli bu robot həyata keçirəcək.
  
Bu layihənin ilk dəfə tətbiq olunan yenilik olduğunu vurğulayan Matsuda robotun namizədlik kampaniyası üçün ofis və internet saytı açdı.

Məsələ ilə bağlı ölkə mətbuatına açıqlama verən Mastuda məlumatları insanlarla müqayisədə daha keyfiyyətlə təthlil edəcək və analitik qərarlar aəbul edə biləcək süni intellektin daha yaxşı rəhbər olacağını iddia edir.
  
 



Әlaqәli Xәbәrlәr