Dünyanın ən yaşlı adamı öldü

Dünyanın ən yaşlı adamı olan Çilili Celino Villanueva Jaramillo, 121 yaşında dünyasını dəyişib.

Dünyanın ən yaşlı adamı öldü

Jaramillo, Çilinin San Jose de Mariquina şəhərində müalicə qəbul etdiyi xəstəxanada həyatını itirib.

25 iyul 1896-cı ildə dünyaya gələn Jaramillo, Guinness Rekordlar Kitabına daxil olmasa da, dünyanın ən yaşlı adamı olaraq qəbul edilir. Onun heç bir qohumunun həyatda olmadığı bildirilir.

Fermer olan Celino Villanueva Jaramillo 20 Apreldə San José de Mariquinadaki Mehuin Native qəbiristanlığında dəfn ediləcək.



Әlaqәli Xәbәrlәr