Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

 

        Hörmətli oxuçularımız ilk xəbərimiz Türkmәnistanla bağlıdır.

        Enerji ehtiyatlarının dünya bazarlarına təhlükəsiz şәkildә  çatdırılması ilә bağlı mәsәlәlәr Aşqabadda keçirilәn beynәlxalq enerji forumunda müzakirә edildi.

        "Enerji ehtiyatlarının tranzit keçidi ilә bağlı çoxtərəfli  sazişә doğru’’  adı altında keçirilәn forumda Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Maksat Babayev vә  Enerji Xartiyasının baş katibi Urban Rusnak açılış nitqi ilә çıxış ediblәr.

          Forumda  Enerji Xartiyası Müqaviləsinə  üzv ölkәlәrin rәsmilәri,  beynəlxalq təşkilat nümayəndələri və mütəxəssislər məruzə ilә çıxış ediblәr.

İştirakçılar  istehsalçı ölkələr, tranzit ölkələr və enerji istehlakçıları arasındakı qarşılıqlı әlaqә və koordinasiya ehtiyacının əhəmiyyətinə diqqət çəkiblәr.

         İştirakçılar  Türkmənistanın ev sahibliyində keçirilәn forumun  əməkdaşlıq səylərinə  töhfəlәr  verəcəyini vurğulayıblar.

         Avropa Komissiyasının  enerji birliyi üzrә vitse-prezidenti Maros Sefcoviç dә iclasa  video-konfrans vasitәsilә qoşulub.

         M. Sefkoviç, bu ilin fevral ayında Avropa İttifaqı - Azərbaycan - Türkiyə - Türkmənistanın iştirakı ilə Bakıda keçirilən toplantının  Xəzər qazının Avropaya  daşınması məsələsində ümidverici olduğunu deyib.

         Forumda çıxış edәn  Enerji və Təbii Ehtiyatlar Nazirliyinin  nümayəndəsi Tranzit Boru Kəməri layihәsinin rәhbәri  Reha Aykul Muratoğlu   enerji hasil edən ölkələrlə əsas alıcı mövqeyindəki Avropa qitəsi arasında Türkiyənin həm iqtisadi, həm də etibarlı tranzit mərkəzi olduğunu, bu məsələdə lazımi iradə və infrastruktura malik olduğunu vurğulayıb.

         Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Qazaxıstandandır.

Qazaxıstanın paytaxtı Astana II-ci Beynәlxalq ‘‘Böyük Çöl ’’ forumuna ev sahibliyi edib.

      Astana Beynəlxalq Türk Akademiyasının tәşkilatçılığı ilә keçirilәn forumda  Qazaxıstan dövlət katibi Gulşara Abdıkalikova iştirak edib.

      Bu barәdә Qazaxıstan Prezident Aparatının  mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

      Forumda hәmçinin  Birləşmiş Millətlər Təşkilatı, YUNESKO, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO), İqtisadi Əməkdaşlıq Təşkilatı,  Elm Fondu, Türk Şurası, TÜRKSOY, Türkpa kimi beynəlxalq təşkilatların sədrləri və nümayəndələri, dövlət və ictimai xadimlər, alimlәr  və diplomatlar iştirak ediblәr.

      Forumda açılış nitqi ilә çıxış edәn G. Abdıkalikova qonaqlara Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təbrik  mәktubunu oxuyub.

      Forumda Rusiya, ABŞ, Çin, Almaniya, Macarıstan, Monqolustan, Cənubi Koreya vә  Hindistandan   təxminən 300 alim və mütəxəssis iştirak edib.

      Forum çәrçivәsindә altı panet iclas da keçirilib. İclasa qatılan alim vә mütәxәssislәr Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ‘‘Gәlәcәyә baxış, ictimai şüurun modernlәşmәsi’’ proqramı ilә bağlı fikirlәrini  bildiriblәr.

      Xüsusilə  "Mənəvi canlanma yolları", " Elmi harmoniya və birgə dəyərlər'' , ''Gələcəyə baxış və tarixi hafizə", "Türk ədəbi ənənələri və müasirlik", "Türk dilləri’’ ,‘‘Dünya sivilizasiya kontekstində Türk mədəniyyəti vә  irsi", "Qazax dilinin latın əlifbasına keçidi’’ kimi mövzular  hərtərəfli müzakirə olunub.

     Hörmətli oxuçularımız proqramımızın sonuncu xәbәri Tatarıstanla bağlıdır.

      Türkiyәnin Mosjvadakı sәfiri Hüsein Diriöz  Türk şirkәtlәrinin ‘‘Kazansammit-2017’’ә fәal iştirakının Türkiyәnin Tatarıstana  verdiyi әhәmiyyәtin göstәricisi olduğunu deyib.

      Tatarıstanın rəsmi xəbər agentliyi "Tatar-inform"a   müsahibə verən Hüsein Diriöz   Tatarıstanın yalnız iqtisadi baxımdan deyil, eyni zamanda mədəniyyət, təhsil, turizm sahələrində də Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq baxımından da körpü rolu  oynadığını deyib.

       H. Diriöz  müsahibə zamanı Kazansummit günlərində Tatarıstan prezidenti Rüstəm Minnihanov ilə keçirdiyi görüşdən də danışıb.

       Görüşdə  Tatarıstan-Türkiyə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu söyləyən H.Diriöz  iki respublika arasında mövcud olan əməkdaşlığın əhəmiyyətinə də toxunduqlarını sözlərinə əlavə edib.

       Hüseyn Diriöz  görüşdə hәmçinin ,  iqtisadi sahədə davam etdirilən əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.

 



Әlaqәli Xәbәrlәr