Modern İpək Yolunda “orta koridor” olan Türkiyə

2013-cü ildə Çin lideri Şi Jinping tərəfindən təqdim olunan “Bir Qurşaq, Bir Yol” adlı Modern İpək Yolu layihəsi Asiya, Avropa və Afrika qitələrini tərkibinə daxil edən nəhəng nəqliyyat şəbəkəsini və iqtisadi təşəbbüsü təmsil edir.

Modern İpək Yolunda “orta koridor” olan Türkiyə

       2013-cü ildə Çin lideri Şi Jinping tərəfindən təqdim olunan “Bir Qurşaq, Bir Yol” adlı Modern İpək Yolu layihəsi Asiya, Avropa və Afrika qitələrini tərkibinə daxil edən nəhəng nəqliyyat şəbəkəsini və iqtisadi təşəbbüsü təmsil edir. Böyük bir sərmayədən ibarət olan və daha geniş miqyaslı sərmayələri hədəfləyən bu layihə Çinin quru və dənizdən Qərbə istiqamətlənmiş iqtisadi bir fəaliyyəti olaraq səciyyələndirilə bilər.

      Modern İpək Yolu layihəsinin iki fərqli xəttlə həyata keçirilməsi planlaşdırılır. İnşa edilməsi nəzərdə tutulan xətlərdən ilki Çin, Orta Asiya, Rusiya və Avropanı qurudan bir-birinə bağlayacaq “İpək Yolu İqtisadi Qurşağı” xəttidir. İkinci xətt isə Çini Hind okeanı üzərindən Basra Körfəzi və Aralıq dənizinə bağlayacaq “Dəniz İpək Yolu” xəttidir.

      Qlobal iqtisadiyyatın tarazlığına təsir edəcək bu layihə ilə marşruta daxil olan ölkələrdə ticarət və sərmayələr canlanacaqdır. Eyni zamanda, layihə ilə birlikdə bu ölkələrə qoyulacaq kapitallar  iqtisadi inkişafa və həmin ölkələrin əhalisinin rifah səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Modern İpək yolu layihəsinə daxil olan 65 ölkənin yol, liman, dəmir yolu və hava limanlarının bir-birinə bağlanması bölgədəki ticarət dövriyyəsini sürətləndirəcək, bu ölkələr arasında birbaşa ticarət şəbəkəsini formalaşdıracaqdır.

      Layihənin quru marşrutu üzərində olan Türkiyə isə Çindən Avropaya qədər uzanan bir yolun “Orta Koridor”  hissəsində yerləşir. Modern İpək Yolu proyekti çərçivəsində yaradılacaq bir sıra infrastruktur, nəqliyyat və enerji yatırımlarına malik olduğu coğrafi mövqe ilə Türkiyə əhəmiyyətli bir nöqtədədir.

       Pekindən Londona qədər uzanması nəzərdə tutulan dəmir yolu layihəsi çərçivəsində Türkiyədə həyata keçirilən müxtəlif sərmayə ortaqlıqları isə buna nümunə olaraq göstərilə bilər. 2013-cü ildə fəaliyyətə başlayan Marmaray, 2016-cı ildə təhvil verilən Yavuz Sultan Səlim körpüsü və inşası davam edən Bakı-Tiflis-Qars dəmir yolu layihələri Türkiyənin İpək Yoluna inteqrasiyasını təmin edəcəkdir.

        Bu layihədə ön plana çıxan bir başqa əhəmiyyətli məsələ isə enerji ticarətidir. Türkiyə hal-hazırda inşası davam edən TANAP və inşası planlaşdırılan “Türk Axını” boru xətti layihələri ilə  bölgədə əhəmiyyətli bir mövqe tutur. Asiya və Avropa arasındaki enerji ticarətində mərkəzi yeri olan  Türkiyə şərq-qərb istiqamətli enerji axını ilə Modern İpək Yolu layihəsinə töyfələr verir.

       Modern İpək Yolu layihəsinint təqdimi 14-15 may tarixlərində Pekində prezident Ərdoğanın da qatıldığı sammitdə oldu. Bu sammitdə dünyanın ən böyük ikinci iqtisadiyyatı olan Çin ilə müəyyən məsələlərdə razılıq əldə olunaraq müqavilələr imzalandı. Sammitdə Çin ilə olan ikitərəfli əlaqələrdə yeni bir dövrün qapılarının acılmasının siqnalları verildi.

         İldə 2 trilyon dollardan çox ixrac həcminə malik olan  Çin 2016-cı ildə Türkiyəyə 25 milyard dollarlıq mal ixrac edıb, Türkiyədən isə 2,2 milyard dollarlıq mal idxal edib. Bu vəziyyətdə Modern İpək Yolu layhəsi tarazlı bir ticarət həcmi olmayam ikitərəfli əlaqələrin Türkiyə lehinə genişlənməsində böyük rol oynayacaq. Türkiyə və Çin arasındaki 30 gün ərzində həyata keçirilən transfer müddətinin bu layihə çərçivəsində 10 günə düşməsi məqsədi güdülür. Eni zamanda, bu layihə sayəsində Türkiyədə açılacaq yeni bazar sahələri ilə də ölkənin ixrac potensialı artacaq.

      Türkiyənin də bir hissəsi olduğu Modern İpək Yolu layihəsi həyata keçdiyi təqdirdə dünya iqtisadiyyatının dinamikasının artması gözlənilir. Çinin bölgədəki aktiv rolu və koridor ölkələrlə bir-bir bağladığı müqavilələr nəticəsində tarixi İpək Yolu yenidən canlanacaq və dünya ticarətinin axışı şərqdən qərbə doğru istiqamətlənəcək.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr