Ədalət və İnkişaf Partiyasında Yeni Dövrün Yol Xəritəsi

Türkiyənnin Ədalət və İnkişaf Partiyasının mayın 21-də keçirilən III Fövqəladə Qurultayında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən qurucusu olduğu partiyanın sədri seçildi. Bu qurultaydan sonra Türkiyənin siyasi həyatında yeni bir dövr başladı.

Ədalət və İnkişaf Partiyasında Yeni Dövrün Yol Xəritəsi

Türkiyənnin Ədalət və İnkişaf Partiyasının mayın 21-də keçirilən III Fövqəladə Qurultayında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən qurucusu olduğu partiyanın sədri seçildi. Bu qurultaydan sonra Türkiyənin siyasi həyatında yeni bir dövr başladı. İqtidarda olduğu 15 ili geridə qoyan Ədalət və İkişaf Partiyası  yeni dövrdə “demokratiya, dəyişikliklər, islahatlar” təməl prinsiplərinə əsaslanan bir idarəetmənin olacağını elan etdi və beləliklə, yol xəritəsinin təməlini atdı.

Son  15 ildə Türkiyədə həyata keçirilən islahatlar iqtisadiyyatdan tutmuş səhiyyəyə qədər, təhsildən tutmuş infrastruktura qədər bir sıra sahəni əhatə edib. İslahatların tətbiq olunduğu sahələrin inkişafı sayəsində Türkiyə iqtisadiyyatı əhəmiyyətli uğurlara imza atıb.

Digər tərəfdən, Türkiyə AK Partiya hökumətləri dövründə, yəni son 15 ildə milli gəliri təxminən 3 qat artırarq qlobal iqtisadiyyatın əhəmiyyətli aktyoru olmaq istiqamətində ciddi addımlar atıb. Ölkə iqtisadiyyatında qeyd edilən irəliləyişləri uğur hekayəsi adlandırmaq səhv olmaz.

AK PArtiyadan gözləntilər

Prezident  Ərdoğanın Ədalət və İnkişaf Partiyasının üzvü olmasından  seçkilərin keçiriləcəyi 2019-cu ilədək uzanan bu dövrdə AK Partiya tərəfindən müxtəlif siyasətlərin və yol xəritələrinin ortaya qoyulması gözlənilir. Xüsusilə, 15 iyulda həyata keçirilən dövlət çevrilişindən sonra makroiqtisadi sabitliyin qorunması hədəfi və yüksək sürətli inkişaf üçün bu siyasətlər olduqca böyük əhəmiyyət kəsb edir. Siyasətdə sabitliyin təmin olunacağı bu yeni dövrdə Türkiyənin koalisiya hökumətlərinin məhsulu olan iqtisadi böhranların geridə qalması üçün fürsət yaranacaqdır. 

Qarşıdakı mərhələdə orta gəlirli ölkələr qrupundan çıxaraq, yüksək gəlirli ölkə statusunu əldə etmək üçün struktur islahatlar və işlərin sektorun özünəməxsusluğu nəzərə alınaraq aparılması zəruridir.

Məsələn, məşğulluqda həyata keçiriləcək islahatlar işsizlik rəqəmlərinə birbaşa təsir edəcək. Bu baxımdan, yüksək rəqəmli gənc və qadın işsizliyi məsələsini həll etmək üçün bu kateqoriyalara aid iş yerlərinin artırılması preoritet təşkil edəcək.

Eyni şəkildə, istehsal sektorunda tətbiq olacaq struktur islahatlarla əlavə dəyəri yüksək olan malların istehsalının çoxaldılması və ixrac rəqəmlərinin aşağı salınması gözlənilir. Bunun sayəsində, Türkiyə xarici ticarətdə daha aktiv mərhələyə geçə bilər və ölkənin xarici ticarətində də müsbət dəyişikliklər  müşahidə oluna bilər.

Türkiyənin tez bir zamanda texnologiyanın sürətlə bütün sahələrə nüfuz etdiyi qlobal sistemin bir hissəsi olması vacibdir.

İqrtisadi sabitliyin əsas alındığı və rəqabət zəminində böyüməni nəzərdə tutan strategiyalar Türkiyənin beynəlxalq bazarlarda daha güclü bir aktyora çevrilməsini sürətləndirəcəkdir.

Türkiyənin yerləşdiyi bölgənin təhlükəsizliklə əlaqədar problemlərinin olması və məruz qaldığı çevriliş cəhdinə baxmayaraq, ölkə iqtisadiyyatı 2016-cı ilin sonunda 2,9 % böyümə rəqəmi əldə etdi. Prezidentlik sistemi inkişaf etməkdə olan ölkələr arasında olan Türkiyənin bu istiqamətdə daha sağlam və əmin addımlarla irəliləməsi və iqtisadiyyatdakı qayğılarını aradan qaldıra bilməsi üçün əhəmiyyətli fürsətlər ortaya qoyacaqdır.

Prezident Ərdoğanın qurucusu olduğu partiyanın rəhbərliyinə keçdiyi bir dövrdə siyasətdə və iqtisadiyyatda durğunluğa və geriləməyə səbəb olacaq bir sıra maneənin aradan qaldırılması məqsədi güdülür. Siyasi cəhətdən güclü olan Türkiyə iqtisadi sabitliyin açarını da əlinə alacaq.

Bir sözlə, Türkiyə hazırda iqtisadiyyatda davamlı və əhatəli böyümə hədəflrəinin əldə olunacağı və xarici sərmayələrin sayında artımların müşahidə olunacağı yeni bir dövrün astanasındadır.

Yeni sistem islahat və dəyişikliklərlə gələcək yeni bir Türkiyənin qapılarını açır. Bu istiqamətdə tətbiq olunan siyasət və strategiyalar sayəsində məqsədlər əldə olunduğu təqdirdə həm siyasətdə, həm də iqtisadiyyatda sabitliyin qorunduğu və ictimai rifahın gedərək artdığı bir Türkiyənin təməlləri atılacaq.

 



Әlaqәli Xәbәrlәr