"Bir Qurşaq, Bir Yol: Müasir İpək Yolu" layihəsi və Türkiyə

Müasir İpək Yolu Layihəsinin əsas məqsədi Asiya - Avropa iqtisadiyyatları arasında nəqliyyat infrastrukturu, ticarət və investisiya əlaqəsi qurmaqdır. Layihə çoxtərəfli və fərqli alternativləri əhatə edir.

"Bir Qurşaq, Bir Yol: Müasir İpək Yolu" layihəsi və Türkiyə

Türkiyə və Avrasiya Gündəmi (23/2017)

  Müasir İpək Yolu Layihəsi üçün 29 ölkənin dövlət və hökumət başçıları may ayında Çinin paytaxtı Pekində bir araya gəldi. Biz bu dəfəki “Türkiyə və Avrasiya gündəmi” verilişində "Bir Qurşaq, Bir Yol: Müasir İpək Yolu" layihəsindən bəhs edirik. Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpek yazıb, Sevda Mirzə oxuyur.

  2013-cü ildə "Bir Qurşaq, Bir Yol: Müasir İpək Yolu" adıyla Çin lideri Şi Cinpinq tərəfindən təqdim edilən layihə ilə bağlı 29 ölkənin dövlət və hökumət başçıları may ayında paytaxt Pekində bir araya gəldi. Çin layihə üçün 2014-cü il İpək Yolu İqtisadiyyat Qurşağı Fondunu qurdu. Bu fonda 40 milyard dollarlıq qaynaq ayrıldı. Layihəyə dəstək üçün isə 2014-cü ildə 100 milyard dollarlıq sərmayə qoymaq üçün Asiya İnfrastruktur İnvestisiya Bankını qurdu. Türkiyə Respublikası da bu bankın qurucu üzvlərindən biridir. Təxminlərə görə, layihə 65 ölkənin 4 milyard yarım (4,4) adamı və 20 trilyon dolları əhatə edir.

  Müasir İpək Yolu Layihəsinin əsas məqsədi Asiya - Avropa iqtisadiyyatları arasında nəqliyyat infrastrukturu, ticarət və investisiya əlaqəsi qurmaqdır. Layihə çoxtərəfli və fərqli alternativləri əhatə edir. Quru və dənizdən olmaqla iki əhəmiyyətli beynəlxalq ticarət marşrutu var: birincisi, İpək Yolu İqtisadiyyat Qurşağı, ikincisi, Dəniz İpək Yolu.

  Türkiyə "orta dəhliz" adlandırılan Çin - Mərkəzi və Qərbi Asiya dəhlizi üzərindədir. Dəniz yolu deyildiyi zaman cənub və cənub-şərqi Asiyadan Şərqi Afrika və Aralıq dənizinin şimalına qədər uzanan dəniz bölgəsində planlaşdırılmış limanlar və digər sahil strukturları şəbəkəsi nəzərdə tutulur.

  Yeni İpək Yolu həm də təşəbbüskarı Çinin “Marşall planı” sayılır. Çin rəhbərliyi tərəfindən inkişaf etdirilən bu layihə İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Marşal yardımlarına bənzədilsə də, iqtisadçıların hesablamalarına görə, ondan 12 dəfə böyükdür.

  Türkiyə Çinin addımlarını Marmaray və Yavuz Sultan Səlim Körpüsü sərmayələrilə dəstəklədi. Bundan başqa, İstanbul Üçüncü Havalimanı, Bakı-Tbilisi-Qars və Ədirnə-Qars dəmir yolu layihələri ilə dəstəkləməyə davam edir.

  Türkiyə bu konkret addımlarla əvvəlcə layihənin quru ayağına qatılıb. Dəniz dəhlizi başladığı zaman isə Pekindən dəniz yolu ilə iki aya təslim edilən məhsullar iki həftədən qısa müddətdə İstanbulda olacaq. Bununla quru yolu məsafəsi üç min kilometr qısalmış olacaq.

  Çin mərkəzli, dünyanın ən böyük maddi-texniki müəssisələrindən biri olan COSCO Türkiyənin ən çox konteyner işləyən üçüncü limanı Kumportu satın aldı. Bununla Türkiyə layihənin dəniz ayağına qatılmış oldu.

  Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan əlavə olaraq turizm, elm, texnologiya və media sahələrinin də mədəni əməkdaşlığa salınmasını, tələbə və personal mübadiləsini təklif edir. Ərdoğana görə, bu layihə bölgədə və dünyada terroru da yerlə yeksan edəcək bir cəhd olacaq. Buna görə də Ərdoğan Türkiyə olaraq layihəyə hər cür dəstəyi verməyə hazır olduqlarını hər zaman vurğulayır.

  Asiya, Afrika və Avropada böyük infrastruktur sərmayələri nəzərdə tutan layihə, eyni zamanda, inanc mərkəzləri, mədəniyyət və cəmiyyətlərararası iqtisadi və mədəni qarşılıqlı təsirlərin inkişafına yardım edəcək.

  Müasir İpək Yolu Layihəsinin tərkibində, başda Çin olmaqla, Orta Asiyanın türk respublikaları, Türkiyə, İran və Rusiya var. Türkiyə Çindən Avropanın içərilərinə qədər uzanacaq layihənin mühüm ölkələrindən biridir. Avropa, Asiya və Yaxın Şərq coğrafiyasının kəsişdiyi nöqtədə yerləşən Türkiyə layihənin quru və dəmir yollarının Avropaya əlaqə xəttini təşkil edir. Türkiyə güclü limancılık infrastrukturu ilə dəniz yolu baxımından əhəmiyyətli üstünlüyə malikdir. Türkiyə bu layihə ilə birlikdə İpək Yolu İqtisadiyyat Qurşağı xəttində iştirak edən Çin, İran, Rusiya, o cümlədən, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan kimi türk respublikaları ilə inkişaf edən iqtisadi əlaqələrini də möhkəmləndirmiş olacaq.



Әlaqәli Xәbәrlәr