Türk Dünyasından Xәbәrlәr

“Türk Dünyasından Xəbərlər” bölümündə Türk Dünyasında baş verən hadisələr barəsində söhbətimiz olacaq.

Türk Dünyasından Xәbәrlәr

Hörmətli oxuçularımız ilk xəbərimiz  Azәrbaycanla bağlıdır.

‘‘Qardaş limanlar’’ın 2-ci toplantısı Azәrbaycanın paytaxtı Bakıda keçirilib. Toplantıya Türk Şurasına üzv dövlәtlәrin Bakıdakı sәfirlәri qatılıblar.

Toplantıda  Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru  Taleh Ziyadov və Türk Şurasının baş katibinin müavini  Ömər Kocaman açılış nitqi ilә çıxış ediblәr.

İştirakçılar Çin-Avropa xəttində nəqliyyat sektorunda yaşanan  son proseslərə toxunaraq Transxəzər nəqliyyat marşrutunda ticarətin asanlaşdırılması və gələcək layihələrin asanlıqla hәyata keçirilmәsi  adına lazımi nəqliyyat infrastrukturunun yaradılmasının əhəmiyyətini vurğulayıblar.

Toplantıda  liman rəsmiləri, Azərbaycan Gömrük İdarəsi, Tranzit Şura, (CASPAR), Dəmir Yolları Qurumu kimi mühüm nəqliyyat qurumlarının nümayəndələri və özəl sektor tәmsilçilәri  qardaş limanlar arasında əməkdaşlığı gücləndirmək və Transxəzər Dəhlizi üzərindəki nəqliyyat əməliyyatlarını sadələşdirməyin yollarını müzakirə ediblər.

İclas çərçivəsində daha fəal əməkdaşlığın tәmin edilmәsi üçün limanlar ilə Türk Şurasının  nümayәndәlәrindәn ibarәt texniki qrupun yaradılması ilә bağlı qәrar qәbul edilib.

İclasın  sonunda nümayəndə heyətləri liman tutumunu və davam edən tikinti işlərini araşdırmaq üçün Alatda yerlәşәn  Bakı beynəlxalq dəniz ticarət limanına da baş çәkiblәr.

Qeyd edәk ki, Türk Şurası ‘‘Qardaş Limanlar’’-ın növbәti yığıncağı Qazaxıstanın  liman şәhәri olan Aktauda keçirilәcәk.

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Özbəkistandandır. 

Türkiyә-Özbәkistan arasında turizm sahәsindә әmәkdaşlıq müqavilәsi imzalanıb.

Özbәkistanın paytaxtı Daşkәnddә keçirilәn Türkiyә-Özbәkistan Turizm Kommisiyasının növbәti iclasında iki ölkәnin turizm rәsmilәri bir araya gәlib.

İclasdan sonra Türkiyә sәyahәt agentliklәri birliyi vә Türkiyә otelçilәr federasiyası ilә Özbәkistan turizm agentliklәri birliyi arasında әmәkdaşlıq müqavilәsi imzalanıb.

İmza mәrasimindә  Türkiyənin Mədəniyyət və Turizm naziri Nabi Avcı  vә  Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin sәdri  Ənvər Şarapov da iştirak ediblәr.

İmza mərasimində çıxış edәn Nabi Avcı müqavilәnin  həm Türkiyənin, həm də Özbəkistanın  mədəni və turistik  mәkanlarının tanıdılmasına  tohfә verәcәyini bildirib..

Hörmətli oxuçularımız  növbәti xәbәrimiz Qazaxıstan barәsindәdir.

Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyası  və Cənubi Qazaxıstan  Valiliyinin tәşkilatçılığı ilә  "Тürk Dünyası və İnformasiya Sahəsi" adı altında  1-ci  beynəlxalq media forumu keçirilib.

Forumda  beynəlxalq təşkilat rəhbərləri, Azərbaycan, Başqırdıstan, Belçika, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə və Qazaxıstanın xəbər agentlikləri və media qurumlarının  rəhbərləri ilә  yanaşı jurnalistlər, mədəniyyət və dövlət xadimləri vә ziyalılar iştirak ediblәr.

Tәdbirin  açılış mәrasimindә  çıxış edәn cәnubi Qazaxıstan valisi Canseyit Tuymebayev forumun  "Türk Dünyasının  Mədəniyyət Paytaxtı" layihәsi   çərçivəsində keçirilən  әn әhәmiyyәtli tәdbirlәrdәn biri olduğunu deyib.

Beynəlxalq forum çərçivəsində qarşılıqlı məlumat mübadiləsi və ortaq  televiziya kanalının yaradılması mövzularında iki ayrı panel iclas keçirilib.

Birinci  iclasda Türk dünyasında qarşılıqlı məlumat mübadiləsi mövzusu qiymәtlәndirilib.

İkinci paneldə isə iştirakçılar  2014-ci ildə Bodrum sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev tәrәfindәn  təqdim  olunan  Türk dövlәtlәrinin  ortaq televiziya kanalının yaradılması  məsələsini  müzakirәyә çıxarıblar  vә  öz təkliflərini irәli sürüblәr.

Forum çərçivəsində  Beynəlxalq Türk Akademiyasının sәdri  Türküstan şәhәrindә "Qazaxıstan Dostları Klubunun" yaradılmasını təklif edib.

 

 



Әlaqәli Xәbәrlәr