Gökalpdən Atatürkə: Türk dünyasında əməkdaşlıq fikri

Türk dünyasında ilk planda təmin edilməsi vacib olan birlik mədəniyyət birliyidir.

Gökalpdən Atatürkə: Türk dünyasında əməkdaşlıq fikri

Mətni Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpəkin qələmindən təqdim edirik:

Türk dünyasında əməkdaşlıq sahəsinin qabaqçıllarından biri də Diyarbəkirli Mehmed Ziya Gökalpdır. Gökalp 1876-cı ilin mart ayının 23-də Diyarbəkir şəhərində anadan olub. Diyarbəkirin zadəgan ailələrindən Müftüzadələr və Pirinczadələrə mənsubdur. 2-ci Məşrutənin elanı ilə Diyarbəkirdə İttihad və Tərəqqi Cəmiyyətinin şöbəsini quraraq rəhbərlik vəzifəsini icra edən Gökalp mədəniyyət və elmi fəaliyyətlərini sürətləndirib. 1912-ci ildə keçirilən Məclis seçkiləri nəticəsində Erqanidən millət vəkili olaraq Məclisdə post tutub. 1913-cü ildə Türk yurdu jurnalında “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı məqalələr silsiləsini yazıb. Gökalp bu məqalə silsiləsində bu üç cərəyanın bir-birinə zidd olmadığını, əksinə bir-birlərini tamamladıqlarını irəli sürüb.

1919-cu ildə hakimiyyətə gələn Kürəkən Fərid Paşa hökuməti İttihad və Tərəqqi Cəmiyyəti üzvlərini saxlamağa başlayıb. Gökalp da həmin ilin mart ayının 30-da saxlanılıb və ingilislər tərəfindən Maltaya sürgün edilib. 1921-ci il mayın 19-da İstanbula qayıdıb. Daha sonra məmləkəti Diyarbəkirə gədərək orda dərs keçib. Milli Mübarizəni dəstəkləyən toplantılar və konfranslar təşkil edərək xalqı cəsarətləndirib. 1923-cü ildə keçirilən seçkilərdə Diyarbəkir şəhərindən millət vəkili seçilib. Vəzifəsi müddətində də fikri və mədəniyyətlə bağlı fəaliyyətlərini davam etdirib.

Ziya Gökalp da eynilə İsmayıl bəy Qaspıralı kimi İstanbul Türkcəsinin bütün Türk dünyasının ortaq dilinə çevirilməsinin vaciblinə inanmışdır. Onun düşüncəsinə görə İstanbul Türkcəsini bütün Türk dünyası üçün ədəbi dilinə çevirmək bütün Türklər üçün bir vəzifədir. Bu vəzifə yerinə yetirildiyi zaman Türklər tək bir millət olacaqdır. Gökalp bu ifadələr ilə özündən sonra gələcək nəsillərə miras olaraq bir hədəf qoyub: Türkiyədən kənardakı Türk topluluqları ilə ən yüksək səviyyədə mədəniyyət əməkdaşlığı.

Gökalp Türk dilinə kifayət səviyyədə əhəmiyyət verilməməsinə görə Türk icmalarında irəliləyişin yavaş olduğunu və xalq ilə elitalar arasında bir qopuqluq olduğunu vurğulayıb. Gökalp dildə sadələşməni və Türk dilini canlandırmağı müdafiə edərək Türk dünyasında dil birliyi qurulmasının vacibliyini ifadə edib. Bu sadəcə Anadolunu əhatə edəcək bir dil birliyi deyil, bütün Türk dünyasının bir-birini başa düşə biləcəyi bir dil birliyidir. Gökalp Türk dünyasında birlik üçün Türklərin ortaq bir Türkcədən istifadə etməsini vacib sayır. Bunun üçün də İstanbul Türkcəsini bütün Türk dünyası üçün ortaq dil kimi təklif etmişdir.

Ziya Gökalpı fikirlərinin atası səciyyələndirən Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk üçün də Türk dünyasında əməkdaşlıq ilkin plandaki gündəm maddələrindən biri olmuşdur. Türkiyə Cümhuriyyəti qurulma tarixi olan 1923-cü ildən etibarən müəyyən təməl hədəfləri izləyən, sabit və məntiqli bir xarici siyasət təqib edib. Cümhuriyyət dövründə Türkiyənin Xarici Siyasətinin əsasları Atatürk tərəfindən müəyyənləşdirilib və formalaşdırılıb.

Mustafa Kamal Atatürk üçün Türk dünyasında ilk planda təmin edilməsi vacib olan birlik mədəniyyət birliyidir. Bu vəziyyəti bu sözlərilə ifadə etmişdir: “Türkiyədən kənarda qalmış Türklər üçün, ilk olaraq mədəniyyət məsələləri ilə maraqlanmaq lazımdır. Nəticədə biz Türklük davasına belə müsbət səviyyədə yanaşmışıq. Büyük Türk tarixində Türk dilinin qaynaqlarına, zəngin ləhcələrinə, qədim Türk əsərlərinə əhəmiyyət göstəririk. Baykal gölündən o tərəfdəki Saxa Türklərinin dil və mədəniyyətlərinə belə laqeyd yanaşmırıq.

Atatürk (həm Türk dünyasındaki mədəniyyət əlaqələrinin kəsilməsinin qarşısının alınması üçün həm də Qərb ilə əlaqələrini daha nizamlı şəkildə davam etdirmək üçün) 1928-ci il noyabrın 1-də latın qrafikasının qəbulu üçün islahat həyata keçirdi. Bu əlifba dəyişikliyi ilə Türk dünyasında mədəniyyət əlaqəsizliyinin ortadan qaldırılması istiqamətində böyük imkan yarandı. Ancaq Türk dünyasında əməkdaşlıq düşüncəsindən ciddi mənada qorxan Sovet İttifaqı 2-ci Dünya Müharibəsindən əvvəl İttifaq tərkibindəki Türklərə kiril əlifbasından istifadə etmək üçün təzyiq etdi. Beləliklə Sovet İttifaqı Türkiyə ilə Türk dünyasının mədəniyyət əlaqələrini kəsməyə çalışdı.

Bütün bunlara baxmayaraq Ziya Gökalpın fikirlərilə Mustafa Kamal Atatürkün atdığı addımlar üzərindəki təməllər bugün konkret hala gəlir. Hazırda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Nursultan Nazarbayev kimi liderlərin cəhdlərilə Gökalp və Atatürkün iddealları müxtəlif beynəlxalq təşkilatlarda öz reallığını tapır. Gökalp və Atatürkün ideallarının gərçəkləşməsinin Avrasiya coğrafiyasında sülhün yaranmasına önəmli töhfəsi olacaqdır.



Әlaqәli Xәbәrlәr