Dəyənəklərin ucuna bağlanan bıçaq...

İnsanoğlunun uzun dəyənəklərin ucuna bağlanan miz daşlar ilə başlayan hərb texnikası və texnologiyanı inkişaf etdirmə macərası hələ də sürətli şəkildə davam edir.

Dəyənəklərin ucuna bağlanan bıçaq...

Gündəmə dair təhlil bölümünü tədqiqatçı-yazıçı Ərdal Şimşək yazıb.

İnsanoğlunun uzun dəyənəklərin ucuna bağlanan miz daşlar ilə başlayan hərb texnikası və texnologiyanı inkişaf etdirmə macərası hələ də sürətli şəkildə davam edir.

Qılınc və kiçik bıçaq arasında bir irilikdə olan iti aləti dəyənəyin ucuna bağlaması ilə insanlıq müharibə sənətində inqilab yaşayıb. Çünki ovlama zamanı qısa məsafəli alətlər insandan daha güclü olan vəhşi heyvanlara qarşı ümumilikdə zəif qalırdı. İnsanlar ən qədim, lakin ən mükəmməl nəticə ortaya qoyan bu metoddan hələ də istifadə edirlər. Əlbəttə bu metod mahiyyət olaraq bəzi əlavələrlə hər zaman fəallığını davam etdirib. Əvvəllər bərk dəyənəklərin ucuna iki kənarı və ucu kəskin hala gətirilmiş metaldan istifadə edilərkən, hazırda insanlar da həmin məqsədlə istifadə edirlər.

ABŞ prezidenti Trumpın Milli Təhlükəsizlik Strategiyasını açıqladığı günədək izlədiyi siyasətlər təəssüf ki, bu təsvirlə üst-üstə düşür. Trump rəhbərliyi başda Asiya-Sakit Okean olmaqla dünyanın digər ucu olan Şimali Avropaya qədər əlinin dəydiyi hər tərəfi atəş topuna; böhran bölgəsinə çevirir. Dəyənəyin ucundakı bıçaq təsviri bir siyasi xadimə ancaq bu qədər yaraşar.

Trump seçki kampaniyasında böhranın olduğu bölgələrdə təşkilatlar və qruplaşmalar ilə yox birbaşa dövlətlərlə əlaqə saxlayacağını və dünyada hökm sürən xaosun qarşısının alınmasına dəstək olacağı vədini vermişdi. Həmçinin Trump mövcud xaosun mənbəyinin də özündən əvvəlki ABŞ prezidenti Obamanın olduğunu da bir nəcə dəfə dilə gətirmişdi. Hətta DEAŞ terror təşkilatını Obama rəhbərliyinin qurduğunu da dünyaya elan etmişdi. ABŞ prezidenti Trumpun dəyənəyin ucundakı bıçaq kimi dəydiyi yaxud da üz tutduğu hər yeri yaralaması Trumpun şəxsi siyasətidir və Amerika dövlətilə əlaqəsi yoxdur deyə yozumlanırdı. Təəssüf ki, Trumpun keçən günlərdə elan edilən Milli Təhlükəsizlik Strategiyasında xüsusilə öz hökumətinin və ABŞ-ın dəyənəyin ucundakı bıçaq olduğu ortaya qoyuldu.

Trampın açıqladığı Milli Təhlükəsizlik Strategiyasının ən diqqət cəlb edən cümləsi isə budur: “Milli Təhlükəsizlik Strategiyasını kabinet təsdiqlədi.” Yəni ABŞ hökuməti və dövlət ağlı birlikdə dünladakı xaosu hərəkətə keçirən siyasətlərin müdafiəçisi və bunu tətbiq edən olacaq. Bu cəhətdən dəyərləndirdiyimiz zaman bu nəticə ortaya çıxır; ABŞ-ın milli təhlükəsizlik problemi ilk planda öz daxilindədir. Bu anlayış ABŞ-nı sərt divara çırpacaqdır. Çünki heç bir ölkədə belə bir dövlət və hökumət tərəfdaşlığı ilə kütləvi şəkildə dünyaya cəbhə açmaq planlaşdırılmamışdır. Almaniyada nasist dövründə belə xeyli sayda siyasi və elm xadimi Hitlerin əleyhinə olmuşdur. Hətta hazırda oxşar bir hökumət xüsusiyyəti ortaya qoyan Avstriyada belə dövlət və bürokratiya, radikal sağçı koalisiyanın siyasətlərinin əleyhinədir.

Misal üçün Avstriyada dövlət siyasəti yeni baş nazir və nasistlərə simpatiya ilə yanaşmada ittiham edilən Sebastian Kurzun Aİ siyasətləri ilə əlaqəli açıqlamalarına əlavələr edərək, Qərb dünyasından ayrıla bilməyəcəyi açıqlamasını yaydı.

Təəssüf ki, ABŞ-da belə bir bürokratiya görmək qeyri-mümkündür. Mərkəzi Kəşfiyyat İdarəsindən ABŞ Ədliyyə Nazirliyinə, Müdafiə Nazirliyindən NSA-yə, Konqresə qədər ABŞ dövlət ağlı Trumpın bu təhlükəsizlik strategiyasını dəstəkləyir. Hətta bəzi dövlət qurumları Trumpı belə dalda qoyayacaq səviyyədə ifratçılığa üz tutduqlarını bütün dünya görür. Halbuki indiqədək adət olduğu kimi ABŞ-da Konqres, Senat, bürokratlar və Ağ Ev hamısı bir-birini tarazlayan, dünyanın tərəzisini pozmayan siyasətlər ortaya qoyurdu. Deməli hər qurum bir digərinin ifrat addamlarının qarşısını alan siyasətlərə üz tuturdu və dünya sülhünün davam etməsinə  dəstək olmağa cəhd göstərirdi. Hazırda ABŞ-ın əsas qurumları olan hökumət, konqres, senat və bürokratiya və Ağ Evi kim dünyanın dincliyini bu səviyyədə pozacaq bir proqram ətrafında toplayıb? ABŞ-ın açıqladığı Milli Təhlükəsizlik Strategiyasının o fəlakət dolu mahiyyətindən əvvəl “kimin, yaxud hansı güc mərkəzinin bütün Amerika dövlət qurum və sistemini dəyənəyin ucundakı bıçağa çevirib?” sualına cavab tapmalıyıq.



Әlaqәli Xәbәrlәr