Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri və Qərbi Trakya Türkləri

Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir neçə həftə əvvəl rəsmi səfərlə Yunanıstanda oldu.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri və Qərbi Trakya Türkləri

Türkiyə və Avrasiya Gündəmi mətnini Atatürk Universiteti Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Cəmil Doğaç İpəkin qələmindən təqdim edirik.

Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir neçə həftə əvvəl rəsmi səfərlə Yunanıstanda oldu.

Ərdoğan Türkiyə-Yunanıstan əlaqələrində yeni səhifə açmaq üçün bu səfəri reallaşdırdı. Həmin səfər 1952-ci ildən bəridir Türkiyənin dövlət başçılığı səviyyəsindəki ilk səfərdir. Yunanıstandakı ikitərəfli görüşlərlə yanayı Ərdoğan Qərbi Trakya Türklərilə də bir araya gəldi. Həmin çərçivədə Qərbi Trakya Türkləri və yaşadıqları problemlər beynəlxalq ictimaiyyətin gündəminə çıxarıldı.

Qərbi Trakya coğrafiya baxımından Yunanıstanın Gümülcinə, İskeçə və Dədəağac vilayətlərini əhatə edir. Hazırda Qərbi Trakyada 150.000-dən çox əhalisi olan müsəlman azlıq yaşayır. 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ələ Qərbi Trakya Türk icması “azlıq” statusuna sahibdir. Ancaq Türklər azlıq haqlarından ümumilikdə istifadə edə bilmir. Yunanıstanın Türklərə istipamətli təzyiq siyasətlərinə görə 1920-ci illərdə Qərbi Trakya əhalisinin 65 faizini təşkil edən Türklərin hazırda bölgədəki əhali nisbəti 30 faizə enib. Yenə Qərbi Trakya Türklərinin 1923-cü ildə 84 faiz sahib olduqları ərazi nisbəti 25 faizə düşüb.

Qərbi Trakya Türklərinin azlıq hüquqlarından istifadə etdirilmələri barədə Yunanıstan rəhbərliyinin tətbiq etdiyi əsasların 1960-cı illərdən azaldığı müşahidə olunur. Türklər 1967-ci ildən etibarən vəqflərin idari işlərindən kənarlaşdırıldılar. 1980-ci illərdə adında “Türk” olan azlıq qeyri-hökumət təşkilatları qeyri-qanuni elan edildi. 1990-cı illərdə müftilərin seçilməsilə əlaqəli 1920 tarixli qanun ləğv edilərək, qəbul edilən prezidentlik fərmanı ilə “ teyin edilmiş müfti” qərarı tətbiq edilməyə başlandı. Bunlar kimi onlarla mənfi qərarlardan bəhs edə bilərik.

Yunanıstan rəhbərliyi “Türk azlıq” ifadəsinin Lozzanma Sülh Müqaviləsində yer almadığını irəli sürür, azlığın etnik kimliyini təsvir etmə haqqını qəbul etmir. Lozanna Sülh müqaviləsinin “Azlıqların qorunması” başlıqlı maddələrində “müsəlman” sözündən istifadə edilibsə də müqavilənin digər əsaslarında yer tutan “Türk” sözündən və Konfransın sənədlərində yer tutan bəyanlardan  mübadilə əsaslarından kənarda tutalan Qərbi Trakyadakı azlıq mənsublarının Türk olduqları aydındır. Həmçinin istər “Türk və rum əhalinin mübadiləsinə dair Türkiyə ilə Yunanıstan arasında imzalanan saziş və protokol” istərsə mübadiləyə tabe olmayan şəxslərə verilən “etabli” sənədində “Türk” və “Rum” sözləri yer tutur.

Hazırda Qərbi Trakyadakı Türk azlıq təlim sahəsində, dini azadlıqlar sahəsində, Vəqflər sahəsində və siyasi təmsil mövzusunda başqa olmaqla müxtəlif sahələrdə ciddi problemlərlə qarşı-qarşıyadır. Yunanıstan Lozanna müqaviləsində Türk azlığa tanınan haqların heç birini həyata keçirməməklə yanaşı Qərbi Trakya Türklərini iqtisadi, sosial, siyasi və mədəniyyət sahəsində ciddi mənada təzyiq altında saxlayır.

Qərbi Trakyadakı Türk azlığın qabaqçıllarından olan şəxslərlə keçən həftə saxlanılan telefon əlaqəsində onların ən ciddi şikayətlərinin iqtisadiyyat sahəsində məruz qaldıqları təzyiq və təlimdəki ikili standard olduğu dilə gətirildi. Türk azlığın mənbusları Türklərə iş verilmədiyini, əksəriyyətin tütün tarlalarında işlədikləri və tütünlərinə ölkəki qiymətlərin aşağısında pul verildiyi söyləndi. Təlimin isə xüsusilə zəif səviyyədə olduğunu, həmin səbəbdən də uşaqların yunanca və türkcə öyrənməkdə çətinlik çəkdikləri vurğulandı.  Türkiyədən müəllim getməsinə Yunanıstan hökumətinin müsbət yanaşmadığını söyləyirlər. Yunanca təlimin də xüsusi olaraq keyfiyyətsiz verildiyini vurğulayırlar. Bununla da gənclərin ali təhsil götürməsinin və peşə sahibi olmasının da qarşısı alınır.

Türkiyə Cümhuriyyəti  Qərbi Trakya Türklərinin Lozanna müqaviləsi, Avropa İttifaqı çərçivəsində əldə edilmiş əsaslar və qlobal insan haqları anlayışına uyğun olaraq hər növ imkandan  istifadə edilməsini, bu çərçivədə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının tətbiq edilməsini istəyir.  Çünki bu düşüncə ilə Türkiyədəki Rum mənşəli vətəndaşların tələblərinə, onlarla dialoq içində son illərdə çox önəmli addımlar atdı. Bu səbəbdən Türkiyənin  oxşar yanaşmaları Yunanıstandan gözləməsi də son dərəcə normaldır. Qərbi Trakya Türkləri normal bir Yunanıstan vətəndaşı kimi bu ölkə üçün işləyir. Bunun müqabilində da Lozandadakı əsəslara və Avropa İttifaqının standardlarına uyğun rəftar gözləmək ən təbii haqqıdır.

Dövlət başçısı Ərdoğanın Yunanıstana səfəri iki ölkə arasındakı əlaqələrin düzəlməsi və dostluğun bir addım da irəli aparılması üçün tarixi fürsətdir. Belə səfərin baş tutması iki tərəfə də bu istiqamətdə bir iradə və gözləntinin olduğunu göstərir. Ancaq digər tərəfdən iki dövlət arasında həll edilməli bir sıra problemlər var. Bunların böyük hissəsi xronik probləmlərdir. Kıbrıs, Əgədə dəniz dibi ərazisi, hava məkanı və sahili sular mövzusundakı problemlər kimi. Bu səfərdən sözünü apardığımız problemlərin həllilə əlaqəli konkret nəticələr çıxmayacaq. Səfərdən gözlənəcək əsas nəticə qarşılıqlı tolerant və etimad mühitinin təmin edilməsidir. 65 illik fasilədən sonra reallaşan bu rəsmi səfər bunun həyata keçirilməsi üçün tarixi fürsətdir. Yunanıstan ilə Türkiyənin ikitərəfli əlaqələrinin inkişafı, azlıq probləmlərinin həllini asanlaşdıra bilər. Bu problemlərin həlli isə Türkiyə ilə Yunanıstanı bir-birinə daha da yaxınlaşdırar.



Әlaqәli Xәbәrlәr