Misir universiteti Azərbaycan dili dərslərinə başlayıb

Qahirə Universitetinin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində 130 nəfərdən çox tələbə var.

Misir universiteti Azərbaycan dili dərslərinə başlayıb

  “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb.

  Diasporlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan dilini tələbələrə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov keçir.

  Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti, o cümlədən, Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı və s. barədə məlumat verilir.

  Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində 130 nəfərdən çox tələbə iştirak var.

  Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. S.Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələrə əlavə kursların təşkil olunacağını qeyd edib.

  Qeyd edək ki, "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi ilə birgə fəaliyyət göstərir.

Mənbə: AzerTac

 



Әlaqәli Xәbәrlәr