Nail Çələbi: ''Artıq Avropa Birliyinə bənzər Türk Birliyinin qurulması şərtdir''

Bu barədə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi mətbuat konfransında deyib.

Nail Çələbi: ''Artıq Avropa Birliyinə bənzər Türk Birliyinin qurulması şərtdir''

“Türkiyə terrorla və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mübarizə aparır. Sanki bir səlib yürüşü ilə üzləşib. İndi Türk Birliyi zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq”

Bu barədə Türk Dünyası Parlamentlər Birliyinin sədri Nail Çələbi mətbuat konfransında deyib.  

TDPB sədri, türk dünyasının millət vəkilləri, iş adamları, QHT-lər və media nümayəndələrinin vasitəsilə Türk dünyasında birlik və bərabərliyi gücləndirməyə çağırıb: “Hədəfimiz  türk dövlətlərinin parlamentləri və millət vəkilləri arasında əməkdaşlığı inkişaf etdirməkdir”.  

Türkiyə ordusunun Afrindəki əməliyyatda haqlı olduğunu vurğulayan N.Çələbi ölkəsinin təklənilməyə çalışıldığını bildirib.  

"Artıq Avropa Birliyinə bənzər Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı Türkiyə bu qədər yalnız olmaz, söykənəcək bir dayağı olardı" - deyə TDPB sədri bildirib.

Türk dünyasının millət vəkillərinə çağırış edən N.Çələbi Türk Dünyası Parlamentlər Birliyində hər partiyadan nümayəndə olduğunu bildirib.

Qeyd edək ki, Türk Dünyası Parlamentlər Birliyi 2013-cü ildәn etibarәn fәaliyyәtini davam etdirir.

Birliyә 2015-ci ildәn etibarәn 21 dönәm Trabzon millәt vәkili Nail Çәlәbi sәdrlik edir.

Birliyin mәqsәdi Türk dünyasının fərqli ölkələrinin millәt vәkillәri arasındakı əlaqələri və Türk dünyası xalqlarının əlaqələrini güclәndirmәk, millәt vәkillәrinin bir-birini daha yaxşı tanımasını tәmin etmәk, ölkәlәrimiz arasındakı siyasi vә iqtisadi әmәkdaşlığı artırmaq, dostluq vә qardaşlıq bağlarını güclәndirmәk vә mәdәni irs vә sәrvәtlәrin tәbliğinә tәhfә vermәkdir.



Әlaqәli Xәbәrlәr