• Video Qalereya

Qazaxıstanın Almatı şəhərində keçirilən konqresdə Əziz Sancar da iştirak edir

Qazaxıstanın Almatı şəhərində “Real və Maliyyə Sektorunda Geosiyasi Dəyişimləri Anlamaq” mövzulu III Beynəlxalq İqtisadiyyat, Maliyyə və Enerji Konqresi başlayıb.

Qazaxıstanın Almatı şəhərində keçirilən konqresdə Əziz Sancar da iştirak edir

Qazaxıstanın Almatı şəhərində “Real və Maliyyə Sektorunda Geosiyasi Dəyişimləri Anlamaq” mövzulu III Beynəlxalq İqtisadiyyat, Maliyyə və Enerji Konqresi başlayıb.

Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk Qazax Universiteti tərəfindən təşkil olunan  konqresin açılış mərasimində Əhməd Yəsəvi Universitetinin idarə heyətinin sədri Prof. Musa Yıldız, 2015-ci ildə Nobel Kimya üzrə mükafatın sahibi Prof. Əziz Sancar, Almatı Baş konsulu Oğuz Kaan Köksal, idarə heyətinin üzvü Prof. Muhiddin Şimşək və Niğdə Ömər Halisdəmir Universitətinin rektoru Prof. Muhsin Kar ilə yanaşı Türkiyə-Qazaxıstan və Qırğızıstandan akademiklər iştirak edib.

Konqresin açılış hissəsində çıxış edən Musa Yıldız Türk dünyasının ilk Nobel mükafatı laureatı Sancarı Qazaxıstanda qonaq etdiklərinə görə xoşbəxt olduqlarını və konqresin uğurlu keçməsini dilədiklərini söyləyib.

Sancar da onu konqresə dəvət edənlərə təşəkkür edərək deyib ki, Qazaxıstan ata yurdumdur. Uşaqlıq illərimdən bəridir Qazaxıstan ilə maraqlanırdım, düşünürdüm, barəsində tarix kitabları oxuyurdum. Həmin səbəbdən buraya gəlmək mənim üçün əhəmiyyət daşıyır, həyəcanlıyam.

Min il əvvəl elmdə qabaqda olan Türk dünyasının sonra dərin bir yuxuya keçdiyinə diqqət çəkən Sancar “Çin də bizimlə birlikdə eyni proseslərdən keçdi. İndi isə nəhəng addımlar atır. Biz isə geridə qalmışıq. Neyi səhv etdiyimizi oturub fikirləşməliyik” deyib.

Çıxışlardan sonra Sancara  UNESCO-nun 2016-2017 illərində elan etdiyi Xoca Əhməd Yəsəvi” ili xatirəsinə Əhməd Yəsəvi Universitetinin idarə heyəti tərəfindən hazırlanan Divan-ı Hikmət kitabı təqdim olunub.

Prof. Nəvzat Şimşəkin koordinoturluğundakı konqresdə Orta Asiya ölkələrində maliyyə inkişafları və iş prosesləri, bölgədəki bank fəaliyyətləri, mərkəzi banklarda yeni çətinliklər, pul siyasəti, sərmayə bazarlarında yatırımı qorumaq, geosiyasi dəyişiklik və onun bazarlara təsiri, Orta Asiya və Avrasiyada iqtisadi regionlaşma kimi mövzular müzakirə olunacaq. Konqresin fəaliyyətləri aprelin 18-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr