Qırğızıstan Parlamenti hökumətə etimad etmədi

Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.

Qırğızıstan Parlamenti hökumətə etimad etmədi

Qırğızıstan Parlamentinin millət vəkilləri baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.

Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.

Yaxın vaxtlarda millət vəkillərinin qərarı respublika prezidenti Sooronbay Jeenbekova göndəriləcək və o, qanunverciliyə uyğun olaraq Nazirlər Kabinetini istefaya göndərmə, yaxud millət vəkillərinin qərarı ilə razılaşmamaq hüququna malikdir.

Ölkənin keçmiş prezidenti Almazbek Atambayevin dəstəyilə baş nazirlik postunu tutan 40 yaşındakı İsakov kabinetin iqtisadiyyatdakı uğursuzluğuna görə tənqid edilirdi. 

İsakov ölkənin 26 illik müstəqilliyi tarixində 28-ci baş naziri olub. 



Әlaqәli Xәbәrlәr