‘Suriya müharibəsi və Suriyanın ərazi bütövlüyünün əhəmiyyəti’

Ədalət və İnkişaf Partiyasının vitse-prezidenti Mehdi Əkər, Böyük Britaniyaya səfəri çərçivəsində ‘Suriya müharibəsi və Suriyanın ərazi bütövlüyünün əhəmiyyəti’ mövzulu iclasda çıxış edib.

‘Suriya müharibəsi və Suriyanın ərazi bütövlüyünün əhəmiyyəti’

Mehdi Əkər, Mühafizəkar Partiya üzvü Lord Mark McInnesin başçılıq etdiyi iclasdakı çıxışında Zeytun Budağı əməliyyatının məqsədi haqda məlumat verib. Türkiyənin Suriyadakı əməliyyatlarının həm hərbi, həm də mülki ölçüsüsün olduğuna diqqət çəkib. O vurğulayıb ki, “ Zuytun Budağı əməliyyatının məqsədi, sərhədlərimizin və bölgənin sabitliyi ilə təhlükəsizliyini bərpa etmək, PKK / KCK / PYD-YPG və DEAŞ üzvü quldurların kökünü kəsməkdir. Əməliyyatın Suriyalılara, kürdlərə ya da ərəblərə qarşı başladılmadığını hər kəs bilməlidir. Bölgədəki dinç əhalini, terroristlərin təzyiq və zülmündən xilas etməkdir.

Türkiyə həmçinin terror təşkilatı DEAŞ-a qarşı mübarizə edən beynəlxalq koalisiyanın da bir hissəsidir deyən Əkər sözlərinə belə davam edib: “ Zeytun Budağı əməliyyatı ilə Suriyalılar üçün etibarlı zonalar yadmaq da əsas hədəflər arasındadır. Türkiyənin Suriya ilə olan sərhədlərindəki şəhərlərin təhdid altında olması, terroristlərin ölkəyə sızmaq cəhdləri, Aralıq dənizinə uzanmaq üçün bu əraziləri sıçırama taxtası olaraq istifadə etmələri kimi səbəblərə görə Afrindəki vəziyyət Türkiyə üçün təhdidlər yaradır. Terrora qarşı mübarizə edərkən müttefiklerimizin, NATO və digər beynəlxalq təşkilatlardakı tərəfdaşlarımızın yanında yer almalarına üstünlük veririk. Ancaq belə bir dəstək görmədik. Bu səbəblə də öz qüvvələrimizlə lazımlı addımları atmaq məcburiyətində qaldıq.Lakin terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlı böyük əhəmiyyət kəsb edir.”



Әlaqәli Xәbәrlәr