"Türkiyə terrorla mübarizəsini davam etdirəcək", B.Bozdağ

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Suriya rejimilə terror təşkilatı PKK-nın bölgədəki qolu PYD/yPG-nin Afrin üçün bazarlıq etdiyini, ancaq razılaşa bilmədiklərini söyləyib.

Bəkir Bozdağ bunu “Anadolu” xəbər agentliyinə gündəmə dair verdiyi açıqlamada deyib.

Türkiyənin bölgəsindəki terror təşkilatları və bunların terrorçularını təmizləyənədək mübarizəsini davam etdirəcəyini vurğulayan Bozdağ “Əgər Afrində rejim don dəyişib YPG/PYD donunda ortaya çıxarsa, onlar hədəfdir. Milislər girsə, onlara da ayrı yanaşma olmayacaq. Bu terror təşkilatları ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinə qarşı kim mübarizə aparsa, onlar bizim qarşımızda hədəf olar” deyə bildirib.

Bozdağ Suriya rejimi ilə YPG/PYD arasında Afrin üçün edilən bazarlığın mənfi nəticələndiyini də söyləyib.

Etiketlәr: YPG/PYD , Afrin , Suriya rejimi

Әlaqәli Xәbәrlәr