Ərdoğan: "Terrorçuların vəhşi, qəddar və qatil üzləri ifşa oldu"

Türkiyənin dölət başçısı Rəcəb Tayyib Ərdoğan Qərb mediasında moda ikonu kimi təqdim olunana terrorçuların vəhşi, qəddar və qatil üzlərinin ifşa olduğunu söylədi.

Ərdoğan: "Terrorçuların vəhşi, qəddar və qatil üzləri ifşa oldu"

Türkiyənin dölət başçısı Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində “Yaxşılıq Mükafatları” proqramında çıxış etdi.

Ərdoğan çıxışında Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK / KCK / PYD-YPG və DEAŞ üzvlərini zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək  üçün 20 yanvarda başlatdığı “Zeytun Budağı”  əməliyyatında bu günə qədər 3 min 400 terrorçunun zərərsizləşdirildiyini söylədi.

Dövlət başçısı: "İnsanlıq, ədalət və mərhəməti əsas tutaraq, haqqımızda yayılan qara təbliğata fikir vermədən Afrini, Münbiçi və Suriyanın şimalını bu qatil sürülərindən tamamilə təmizləyəcəyik" dedi.

Ərdoğan Qərb mediasında terrorçuların reklam edildiyini vurğulayaraq:"Moda ikonu kimi satışa çıxarılan terrorçuların vəhşi, qəddar və qatil üzləri ifşa olur. Məhmədciklərimiz Azad Suriya Ordusu ilə birlikdə terrorçulardan təmizlədiyi hər torpaq parçası ilə bölgə xalqının gələcəyini də xilas edir"ifadələrini işlətdi.

Ərdoğan DEAŞ bəhanəsiylə bölgədə oyunlar oynanıldığını, bu oyunu pozduqlarını qeyd etdi.



Әlaqәli Xәbәrlәr