NATO-nun baş katibi Jens Stoltenberq TRT-yə müsahibə verdi

NATO-nun baş katibi Jens Stoltenberq Türkiyənin  təhlükəsizliyi ilə bağlı qanuni narahatlıqlarını nəzərə alaraq fəaliyyətə keşməsinin normal olduğunu bildirdi.

NATO-nun baş katibi Jens Stoltenberq TRT-yə müsahibə verdi

 NATO-nun baş katibi Jens Stoltenberq Türkiyə Radio Televiziya Qurumunun (TRT)  qonağı oldu.

Ankarada görüşlər keçirən Baş katib "TRT Xarici Xəbərlər" departamentinin  direktoru Əhməd Görməzin suallarını cavablandırdı.
 
 Türkiyənin Suriyanın Afrin bölgəsində separatçı terror təşkilatı PKK/PYD-YPG və DEAŞ terroçularına qarşı apardığı mübarizə haqqında fikir yürüdən Stoltenberq: "Suriya və İraq ərazisində fəal olan qruplar var və Türkiyə bir sıra terror hücumuna məruz qalıb. Biz Suriyadakı bölgələri Türkiyə ilə danışıqlar aparmağa çağırırıq. Suriyanın şimalındakı vəziyyət olduqca mürəkkəb və problemlidir" dedi.
 
Stoltenberq Suriyanın şimalı ilə bağlı Ankara-Vaşinqton dialoquna da diqqət çəkərək: "NATO müttəfiqi olan Türkiyənin DEAŞ-ın hücumlarından ciddi şəkildə əziyyət çəkdiyini bilirik. Türkiyə milyonlarla qaçqına sığınacaq verib. Bu da təbii ki, Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlıqlarının artmasının səbəbidir" dedi.
 
Amerika Birləşmiş Ştatları, Fransa və İngiltərənin şənbə günü səhər Suriyaya qarşı keçirdiyi əməliyyatdan da danışan Stoltenberq Bəşər Əsəd rejiminə qarşı olan əməliyyat barəsində : "Bu hücum Suriyanın kimyəvi silah gücünü tamamilə aradan qaldırmadı.  Lakin bu əməliyyatın keçirilməsi vacib idi. Çünki bununla Suriyanın kimyəvi gücü azalır və eyni zamanda, çox mühüm və güclü bir ismarış verilmiş olur" ifadəsini işlətdi.
 
  Stoltenberq Suriya böhranının hərbi müdaxilələrlə deyil, siyasi razılaşma ilə həll edilə biləcəyinə inandıqlarını qeyd etdi.



Әlaqәli Xәbәrlәr