"Yunanıstan bayrağını oradan götürdük", B.Yıldırım

İstanbulda "Referendumdan bir il sonra prezident hökumət sistemi" mövzusunda paneldə iştirak etdikdən sonra B.Yıldırım jurnalistlərin suallarını cavablandırıb və eyni zamanda, Yunanıstan hökumətinə müraciət edib.

"Yunanıstan bayrağını oradan götürdük", B.Yıldırım

  Türkiyənin Baş naziri Binəlı Yıldırım Didim sahilində açıq qayaya sancılan Yunanıstan bayrağının götürüldüyünü söylədi.

  İstanbulda "Referendumdan bir il sonra prezident hökumət sistemi" mövzusunda paneldə iştirak etdikdən sonra B.Yıldırım jurnalistlərin suallarını cavablandırıb və eyni zamanda, Yunanıstan hökumətinə müraciət edib:

  “Egey dənizində vaxtaşırı gərginliyi artırmağa yönələn qonşumuz Yunanıstanın son zamanlar bu fəaliyyəti artmaqdadır. Mənsubluğu, sahibliyi bəlli olmayan qaya parçaları var. Kardak qayalığında olduğu kimi, bu dəfə Antrofotos qayasınna Yunanıstan bayrağı asma cəhdi oldu. Sahil Təhlükəsizlik komandaları lazımi müdaxilə etdi, oradan o bayrağı qaldırıb götürdü… Bizim Yunanıstana tövsiyyəmiz budur ki, gərginliyi artıracaq təxribatlardan uzaq dursun və qonşuluq hüququna uyğun olaraq hərəkət etsin. Ölkəmizin suveren hüquqlarından güzəştə gedəcəyimizi heç kim düşünməsin. Bu istiqamətdə lazımi qarşılığı verməyə qərarlıyıq”.



Әlaqәli Xәbәrlәr