Türkiyə HHQ-nin əməliyyat çevikliyini artıracaq ilk F-35 döyüş təyyarəsini aldı

Türkiyə  sensor texnologiyalarının və radar sisteminin  yüksək səviyyəli imkanları ilə Hərbi Hava Qüvvələri Komandanlığının əməliyyat çevikliyini artıracaq ilk F-35 döyüş təyyarəsini aldı.

F-35 layihəsi çərçivəsində ilk döyüş təyyarəsinin alınması münasibətilə ABŞ Teksas-Fort Worthda yerləşən 'Lockheed Martin' müəssisəsində mərasim təşkil edildi.
Mərasimə Türkiyə Müdafiə Sənayesinin rəsmiləri qatıldılar. Layihədə iştirak edən Türkiyə şirkətləri və 'Lockeed Martin' tədbirdə rəhbərlik səviyyəsində təmsil olundular.
F-35 təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil olan ilk 5-ci nəsil döyüş təyyarəsidir.
İlk təyyarədən sonra yaxın günlərdə ikinci, 2019-cu ilin martında isə üçüncü və dördüncü təyyarələr alınacaq.
Türk pilotlarının təlim müddәtində təyyarələr ABŞ-da qalacaq.
Türkiyə bir neçə il ərzində 100 ədəd  F-35 almağı planlaşdırır. 
Qeyd edək ki, Türkiyə F-35 layihəsində 1999-cu ildən etibarən iştirak edir.

Әlaqәli Xәbәrlәr