• Video Qalereya

Sadə amerikalıların vergiləri terror təşkilatları siyahısında

  Əgər sadə bir amerikalıya vergilərinin Amerikanın terror təşkilatları siyahısında olduğu,

PKK ilə əlaqələri olan neo-marksist bir təşkilata silah vermək üçün xərcləndiyi deyilsə, dəhşətə gələr.

Çünki bu, bir terror təşkilatına pul yardımı mənasına gəlir. Bunun heç də xoş qarşılanmayacağını ehtimal etmək çətin deyil.

  Prezident D.Tramp və ABŞ Konqresinə yaxınlığı ilə tanınan “The Heritage Foundation” Beyin Mərkəzinin Terrorizm və Milli Təhlükəsizlik üzrə mütəxəssisi Lük Koffi (Luke Coffey) də TRT-yə bu sözləri söyləmişdi.

  TRT çəkiliş qrupu Vaşinqton küçələrində amerikalılardan Pentaqonun YPG-yə dəstəyinə münasibətini soruşdu.

- Dünyanın hər hansı yerində təcavüzkar qruplara silah verilməsinə qarşıyam.

- Dəstəkləmirəm.

- Bu, yaxşı iş deyil, heç deyil.  

- Dəstəkləmirəm.

  Bəziləri tarixdən misallar çəkərək ABŞ rəhbərliyini tənqid etdi.

- 80-ci illərə qayıtdıq yenə. Dəstələrə gizli şəkildə maliyyə dəstəyi veririk, bu nəticələri görürük.

Bu pulları haradan göndərirlər? Vergilərimin nə qədərinin bu işlərə xərcləndiyini bilmək istəyirəm.  

- Bunlar inanılmaz, qarmaqarışıq işlərdir. Təəssüf ki, keçmişdə də belə işlər görən bir ölkə idik. Heç birinin də bizə qlobal mənada faydası yoxdur.

  Bəzi amerikalılar isə rəsmi Vaşinqtonun YPG-yə silahvermə strategiyasını “dayaz hərəkət” deyə səciyyələndirdi.

- Mən olsaydım, Suriya hökumətinə qarşı döyüşmək istəyənlərə silah vermək yerinə məsələyə daha dərindən baxardım.  

Pentaqonun terror təşkilatı YPG-yə silah dəstəyinin 2019-cu ildə də davam etməsi nəzərdə tutulur.