• Video Qalereya

Dünyanın 7 möcizəsindən biri sayılan Artemida məbədinə də ev sahibliyi edən Efes Antik şəhəri

Efes Egey bölgәsindә İzmirin cәnubundakı Menderes çayının dәnizlә birlәşdiyi coğrafiyada yerlәşәn antik liman şәhәridir. Efes qoruduğu yüzlərlə tarixi əsərlə dünya turizmi üçün böyük әhәmiyyәt kәsb edir.

Antik şәhәr 1994-cü ildә YUNESKO-nun mәdәni irs siyahısına daxil edilib. Dünyanın 7 möcüzәsindәn biri olan Artemida mәbәdi dә məhz Efesdә yerlәşir. Celcius kitabxanası, Efesdә yaşayan varlıların villaları, aqora, antik teatr, Mәryәm Ananın son günlәrindә yaşadığı deyilən ev vә Əshabi Kəhf mağarası da Efesdә mövcud olan möhtәşәm abidәlәrdir.

Efes şәhәri Afina kralının oğlu Androklos tәrәfindәn salınıb. Öz şәhәrini qurmaq istәyәn şahzadә gәmilәri ilә Anadoluya yan alır. Kahinlәrin, bir balığın işarә etdiyi vә bir donuzun yol göstәrdiyi yerdә şәhәri qurur. Yoldaşları ilә balıq bişirәrkәn balıq birdәn sıçrayır vә yerә düşür, həmin bu məqamda şahzadә bir donuzun qaçdığını görür vә arxasınca gacır. Donuzu vurduğu yerdә dә şәhәri qurur.

Efes şәhәri Anadolunun qәrb sahillәrini әhatә edәn İonyanın әn әmiyyәtli şәhәrlәrindәn biri olub. Farsların E.Ә. 7 yüzildә buraya gәlmәsilә әldә olunan razılaşmayla vergi odәnәrәk şәhәr öz mövcudluğunu davam etdirir. Böyük İskәndәr vә Roma dövründә dә şәhәr öz önәmini qoruyub. Şәhәrin әn әhәmiyyәtli әsәri şübhәsiz ki Artemida mәbәdi idi. Antik dövrdә dünyanın 7 möcüzәsindәn biri olaraq qәbul edilәn bu mәbәd Yunan vә Anadolu mәdәniyyәtinin ortaq nümunəsi olub. Artemida mәbәdi antik dövrün tamamilә mәrmәrdәn inşa edilәn ilk mәbәdidir. Mәbәdin әtrafı antik dövrün әn gözәl heykәllәri vә qabartmalarla bәzәdilib. Burda mövcud olan çox sayda heykәl vә relyef ərazidə arxeoloji tәdqiqatlar aparan İngilislәr tәrәfindәn Londona aparılıb. Hazırda әsәrlәrın әksәriyyәti Londonda nümayiş etdirilir. Efesin digәr mәşhur abidәlәrindәn biri dә 106 yaşlı Efes valisi Romalı Celciusun hәm kitabxana, hәm dә abidә mәzar olaraq inşa etdirdiyi binadır. Bu kitabxana möhtәşәm görünüşü ilә dünyanın dörd bir yanından ziyarәtçilәri özünә cәlb edir.

Efes xristianlık dövründә dә öz әhәmiyyәtini qoruyub saxlayıb. Mәryәm Ananın Müqәddәs hәvari Pyotrla buraya gәldiyi vә burda bir evinin olduğu bildirilir.

Xristianlar tәrәfindәn dә mügәddәs mәkanlardan biri kimi hesab olunan Mәryәm Ananın evini hәr il hәm ölkә daxilindәn, hәm dә xaricdәn minlәrlә turist ziyarәt edir. Romalıların xristianlığı qadağan etdiyi dövrdә 7 hәvarinin burdakı mağarada yaşadığı deyilir. Türkiyәdә 3 fәrqli yerdә 7 hәvariyә aid olduğu iddia edilən mağaralar var. Afşin, Tarsus vә Efesdә bu 7 xristian hәvarinin yaşadığı inancı formalaşıb.

Romalıların xristianlığı qadağan etdiyi dövrdә Allaha olan inançlarını vә sәdaqәtlәrini qorumaq mәqsәdilә bu 7 hәvari yanlarında apardıqları itlәrlә bir mağaraya sığınırlar. Onları tәqib edәn İmperatorun әsgәrlәri onların girdiyi mağaranın girişini daşla hörürlәr. Allahin bir möcüzәsi nәticәsindә hәvarilәr yüz illər sonra oyanırlar vә onlardan biri yeyәcәk almaq üçün şәhәrә gedir vә artıq xristianlığın rәsmi bir din olduğunu görür. Hәvari İsә peyğәmbәrin adının rahatlıqla çәkildiyini görür vә tәəcüblәnir. Әlindәki pulların çox köhnә olduğunu görәnlәr onu yepiskopun hüzuruna aparırlar. Həvarinin hekayәsini dinlәyәn yepiskop hadisәnin bir möcüzә olduğunu deyir. Daha sonralar xristian dinindә әhәmiyyәtini itirәn bu hadisә müsәlman dinindә öz önәmini qoruyur.

Efesin zәnginliklәri bu gün də arxeoloji qazıntılar nәticәsindә aşkara çıxarılmaqda davam edir. Burda aşkar edilәn evlәr dövrümüzdә inşa edilәnlәrdәn çox da fәrqlәnmir. Evlәrin divarları mәrmәr vә freskalarla bәzәnib, zirzəmilərsə mozaikalarla örtülüb. Bütün evlәrdә isinmә sistemi vә hamam mövcuddur.

Çox sayda tarixi abidәyә ev sahibliyi edәn Efes öz ziyarәtçilәrinin yolunu gözlәyir.


Etiketlәr: Efes